Bu şorabaları yeməyin! - Ev bağlamalarına, yoxsa mağazadakılara üstünlük verək?

Bu şorabaları yeməyin! - Ev bağlamalarına, yoxsa mağazadakılara üstünlük verək?Soyuq payız-qış mövsümüm gəlişi ilə əhali tərəfdən qış bağlamalarından - xiyar-pomidor şorabalarının istehlakı da artır. Lakin bəllidir ki, belə "zaqatovka"ların ən böyük təhlükəsi botulizmdən zəhərlənmə, hətta ölüm halları ilə bağlıdır. Daha çox da bu, ev şəraitində hazırlanmış bağlamalardan istifadə zamanı özünü göstərir.
Bəs belə hallardan necə sığortalanmaq olar? Əhali nələrə diqqət eləməlidir? Zəhərli şorabaları necə tanımaq olar? Bəlkə, yalnız mağaza "zaqatovkası"na üstünlük verilsin?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, Azərbaycanın qida mədəniyyətinin ən böyük mədəniyyətsizliyi evdə şorabaların bağlanması məsələsidir: "Əhali bilməlidir ki, torpaq bütün sərvətlərin mənbəyi olduğu kimi, həm də ən təhlükəli bakteriyaların mənbəyidir. Kənd təsərrüfatı məhsullarının əksəriyyəti əlbəttə, torpaqla təmasda olur. Üstəlik, kütləvi satışda olan kənd təsərrüfatı məhsullarının əksəriyyətinin istifadəsində pestisitlərdən, nitritlərdən istifadə olunur.
Ümumiyyətlə, şoraba arzu olunmayan bir qidadır. Baxmayaraq ki, insanı iştaha gətirir, amma arzuolunmaz qidadır. Xüsusən ev şəraitində hazırlanmış şoraba ən təhlükəli sayılır. Sənaye üsulu ilə hazırlanan şorabalarla bağlı zaman-zaman fabriklərdə müşahidələr aparıram. Misal üçün, göy noxudun bağlanması prosesində iştirak etmişəm. O qədər diqqətlə yanaşılır ki. Yəni qabların ağzı bağlanandan sonra 14  gün saxlanılır, şişib-şişmədikləri müəyyən olunur. Yenidən bir də yoxlanılır, bir də ekspertizaya verilir, bir neçə dəfə ekspertizadan keçəndən sonra satışa çıxarılır. Sənaye üsulu ilə hazırlanan şorabalarda belədir.
Milli.Az musavat.com-a istinadən bildirir ki, lakin ümumilikdə həm sənaye üsulu ilə hazırlanan, həm də ev şəraitində hazırlan şorabalar arzuedilməz qida məhsulları sayılır. Hətta görürük ki, ən əcaib formada bazarlarda plastik qabların içərisində doldurulmuş üzüm yarpaqları satılır. Hələ kimyəvi aktiv sirkə də üzərinə tökürlər, plastik qabın içərisində. Aydındır ki, belə üzüm yarpağı təhlükəlidir. Uzun müddət Azərbaycanın  bazarlarında böyük plastik qablarda şoraba satışı görürdük. Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi bunların qarşısını aldı. Get-gedə dəyişikliklər olur.
Amma insanlar evdə şoraba hazırlamaq mədəniyyətsizliyindən əl çəkmirlər. Zaman-zaman isə bəzi qurumlar məsuliyyəti öz üzərlərindən atmaq üçün zəhərlənən insanlarla bağlı deyirlər ki, evdə hazırladığı şorabadan olub. Bu mədəniyyətsizliyə son qoyulmalıdır. Azərbaycan məişətində hansı qadın daha çox şoraba bağlayar kimi bir brend qadın obrazı yaradıblar. Bu, yolverilməzdir. Mümkün qədər bundan uzaq olmaq lazımdır. Əgər insan çox istəyirsə, sənaye üsulu hazırlanmış şorabalardan seçim edə bilər. Birmənalı şəkildə bu səhvdir. Bunlar çox təhlükəli qidalardır. Onlardan uzaq olmaq lazımdır. Onu nə qədər diqqətlə bağlasan, standartın tələblərinə cavab vermir. Müəyyən yoxlamalar getmir, yalnız qapağın şişməsi ilə müəyyən edirlər. O da çox primitiv üsuldur. Başqa amillər də var ki, gərək  bunlar yerinə yetirilsin. Əhalini çağırıram ki, bu qida məhsullarından uzaq olsunlar".
Qida texnoloqu Ağa Salamov da bildirdi ki, plastik çəlləklərdə olan şorabalar, bazarlarda üstü açıq formada satılan şorabalar zəhərlənmə verir: "Deyə bilərlər ki,  illərdir alıb yeyirlər, neqativ hal baş verməyib. Birinə heç nə olmur, amma başqasına ola bilər. Hər kəsin immun sistemi eyni deyil. Heç kim zəmanət verə bilməz ki, o şorabaların üstündə bakteriyalar yoxdur. Heç marketlərdə də vəziyyət ürəkaçan deyil. Çünki orada da çox vaxt turşuları günəş şüaları altında qoyurlar. Nəzərə alsaq ki, şəffaf qablarda satılan belə məhsullar günəş şüalarını keçirir, bu da zəhərlənmələrə gətirib çıxara bilər".
A.Salamov ev şəraitində şoraba hazırlayan zaman diqqət edilməli məqamlara diqqət çəkib: "İlk növbədə meyvə və tərəvəzlərin təmizliyinə diqqət edilməlidir. Əks halda botulizm zəhərlənməsinə gətirib çıxara bilər. Çünki bu bakteriyalar torpaqda yaşayır. Eyni zamanda, turşu üçün istifadə olunacaq meyvə-tərəvəzlər suda saxlanmalıdır. Suya sirkə qatmaq olmaz. 10 litr suya 3,5 litrə 2 xörək qaşığı çay sodası miqdarı istifadə etmək olar. Tərəvəzləri 15 dəqiqə sodalı suda saxlayıb, durulayıb içinə çiy su tökməmək şərti ilə bişirib bağlaya bilərlər. Şorabanın ağzının düzgün bağlanması da şərtdir.
Ümumiyyətlə, ən yaxşı üsul evdə turşu hazırlamaqdır. Marketlərdəki qatıq, smetan və şorabaların qapağı şişibsə, bu onun xarab olmasından xəbər verir. Çox vaxt gün şüaları altında qalan məhsullarda belə hallar baş verir. Çəlləklərdə satılan şorabalarda salmonella zəhərlənməsi də ola bilər. Adətən deyirlər salmonella hin heyvanlarından keçir. Xeyr, yaxşı yuyulmayan meyvə-tərəvəzlərdə də salmonella ola bilər. Kənd yerlərində çox vaxt şampinyon göbələyi ilə solğun əzvay göbələyini səhv salırlar. Şampinyon zəhərlənmə vermir və tər-təmiz yuyulub istehlak edildikdə ziyanı olmur. Səriştəsiz insanlar bəzən bilmədən solğun əzvayı da onun içinə qatıb yığırlar.
Odur ki, göbələk alan zaman da yalnız güvənilən yerlərə üz tutsunlar. Şampinyon göbələyini də təmizləyib evdə dadlı şoraba qoymaq mümkündür. Ən yaxşısı ev şəraitində düzəltməkdir. Digər hallarda isə işlədəcəyiniz qədər şorabanı yalnız güvəndiyimiz markalardan qablaşdırılmış formada əldə edin. Marketdən məhsul alan zaman havalandırma sistemi yaxşı işləyən, kondisionerlə təmin edilmiş satış obyektlərinə müraciət edin".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1040   Tarix: 05 noyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qara istiot dünyada ən məşhur ədviyyatlardan biri hesab olunur və çox vaxt "ədviyyatların kralı" adlandırılır. Bu ad ona yalnız mətbəxlərdə geniş istifadə olunduğu üçün deyil, həm də sağlamlığa faydalı xüsusiyyətlərin

.

Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri

Rusiyalı kardioloq Valeriya Bonadıkova yeriyərkən siqaret çəkməyin sağlamlıq üçün ciddi təhlükə yarada biləcəyini bildirib. xəbər verir ki, həkimin sözlərinə görə, sürətli addımlarla yeriyərkən orqanizm artıq yüklənmə rejimind

.

Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər

Sağlam qidalanma və uzun ömür mövzusunda maraqlı faktlardan biri də Yaponiyadakı uzunömürlü insanların gündəlik qidalanma vərdişləridir. Onların menyusunda xüsusi yer tutan məhsullardan biri umeboşidir.  xəbər verir ki, umeboşi

.

Yuxu pozuntularının sağlamlığa təsiri

Yuxu pozuntuları sağlamlığa təsir edir. xəbər verir ki, türkiyəli həkim Muhammed Emin Akkoyunlu deyib ki, xoruldama, səhərlər yorğun oyanmaq və gün ərzində yuxulamaq kimi əlamətlər ciddi xəstəliyin göstəricisi ola bilər

.

Bu meyvələrdən uzaq durun – Qorxunc xəstəliklərə səbəb olur

Almanı hər zaman sağlamlıq rəmzi hesab etmişik, lakin Avropadan gələn son hesabat bu təsəvvürləri alt-üst edir. "PAN Europe" təşkilatının 2025-ci ilin sonunda apardığı araşdırma göstərir ki, marketlərdə satıla

.

Ölkəmizdə vərəmlə bağlı statistika AÇIQLANDI

Azərbaycanda vərəmlə xəstələnmə dinamikası (100.00 əhaliyə): 2015 ildə bu göstərici 41.1 olan halda, 2025 ildə - 21,5 qeyd olunub. . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəliklər

.

Ən zərərli ət məhsulu bu İMİŞ: Hər gün istifadə edirik

Sağlam qidalanmaya diqqət artdıqca, hansı ət növlərinin daha zərərli olduğu məsələsi də tez-tez araşdırılır. Bir çox insan toyuq və ya hinduşka ətinin sağlamlıq riskləri haqqında məlumat axtarsa ​​da, mütəxəssislər əsl riski

.

Aspirin gizli qanaxmaya səbəb ola bilər - Ciddi XƏBƏRDARLIQ

Nəzarətsiz aspirin istifadəsinin ciddi sağlamlıq riskləri yarada biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki,bu barədə türkiyəli Daxili Xəstəliklər üzrə dosent Dr. Özgür Kılıç danışıb. Mütəxəssis son illərdə cəmiyyətd

.

Faydasızdır, həm də ZİYANLI

Hemoroidin xalq təbabəti ilə müalicəsi faydadan daha çox zərər verə bilər. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə proktoloq Aleksey Vinnikov deyib. O, özünümüalicənin təhlükəli nəticələri barədə xəbərdarlıq edib:

turlar.az

qadin dunyasi kosmetik vasiteler reseptler bürclər 2026 qonaq otaqlarinin dizayni duzlu xəmir işləri qadın dünyası kosmetika kondom nedir kurtlar vadisi şəkərbura novruz bayramı haxışta bahar