Bu süd immuniteti qaldıraraq sürətlə arıqladır

Bu süd immuniteti qaldıraraq sürətlə arıqladırSağlam qidalanmaya olan marağın artmasıyla birlikdə bir çox məhsullar arasında rəqabət də yüksəlib. Bu sıradan son zamanlar önə çıxan qidaların biri də keçi südüdür. İnək südünə alternativ olaraq göstərilən keçi südünün faydaları haqqında türkiyəli dietoloq Oya Neva Demirkol danışıb. Aile.lent.az həkimin bu barədə fikirlərini təqdim edir.

İnsanların əksəriyyəti əsasən inək südünə üstünlük versə də, son araşdırmalar keçi südünün sağlamlığa daha çox xeyri olduğunu sübut edib. Dietoloq ilk növbədə keçi südünün digər ağartı məhsullarına nisbətən daha çox kalsium ehtiva etdiyini vurğulayır: "Keçi südü inək südündən daha çox kalsium tərkibinə malikdir. Bu da sağlam sümük quruluşunun inkişafında və osteoporoza qarşı qorumada böyük rol oynayır. Keçi südü kalsiumla yanaşı fosfor, maqnezium, A vitamini, selenium, kalium və B qrupu vitaminlərə də malikdir. Bir stəkanı keçi südü gündəlik kalsium ehtiyacının az qala yarısını və B vitamini ehtiyacının 20%-i qarşılaya bilir".

Arıqlamağa kömək edir

Keçi südünün inək südündən daha çox kalorili olması sizi qorxutmasın. Çünki bu südün tərkibindəki faydalı yağ turşuları arıqlamağa və maddələr mübadiləsini sürətləndirməyə yardım edir. Tərkibindəki faydalı yağ turşuları sayəsində ürək və damar sağlamlığının qorunmasına da kömək olur: "Yüksək kalium tərkibi sayəsində keçi südü damarların genişlənməsinə və təzyiqin salınmasına da faydalıdır. Keçi südü həmçinin immunitet sistemini gücləndirir. Tərkibindəki selenium sayəsində immunitet sisteminin sağlam işini təmin edir və bədəni xəstəliklərə qarşı qoruyur. Yüksək protein tərkibli keçi südü bədənin metabolik fəaliyyətləri yerinə yetirməsinə kömək olur".

Ana südünə yaxındır

Keçi südü ana südünə ən yaxın süddür. Bu oxşarlığı həm qidalandırıcı, həm də asan həzm edilən xüsusiyyətindən irəli gəlir. Kiçik yağ molekullarına sahib olan keçi südü inək südünə nisbətən daha rahat və asan həzm edilir. Üstəlik, keçi südünün tərkibindəki zülal ana südündəki bənzər xüsusiyyətlərə malikdir. Asan həzm olunması, xüsusilə laktoza dəyəri keçi südünü inək südü içə bilməyənlər üçün daha dəyərli edir. Çünki keçi südündəki laktoz nisbəti inək südünə nisbətən daha azdır: "Əslində həzmi asan olan və olduqca qidalandırıcı xüsusiyyətə malik keçi südünü yaşından asılı olmayaraq hər kəs içə bilər. Lakin bu südün tərkibində B12 və fol turşusu kasad olduğu üçün körpələrə və uşaqlara verilərkən diqqətli olmaq lazımdır. Tez-tez keçi südü içən uşaqlar və böyüklər qansızlıq riskinə qarşı qidalar yeyirsə, keçi südü seçiminin hər hansı bir qorxusu yoxdur. Ehtiyatı əldən verməmək üçün isə qansızlıq problemi riskindən uzaq durmaq üçün körpənizə 1 yaşından əvvəl keçi südü vermək məsləhət deyil. İrəli yaşlarda isə uşaqların qidalanmasına diqqətli olmaq şərtilə keçi südü içməsi mümkündür".
Lent.az

Sağlamlıq     Baxılıb: 4678   Tarix: 29 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

maskalar toy makiyaji sekilleri geyim seçimi gürcü mətbəxi seksi geyim bulka reseptləri qadinlar haqqinda maraqli melumatlar kosmetika naz mila xanım az penis novruz bayramına aid bakışta klitor