Bu xəstəlik daha çox kişilərin dilində yaranır - Əlamətlərini diş ağrısı ilə səhv salırlar

Bu xəstəlik daha çox kişilərin dilində yaranır - Əlamətlərini diş ağrısı ilə səhv salırlarSon illərdə sürətlə yayılan xərçəng xəstəliyinin bir çox növləri var. Bu xəstəlik dil də daxil olmaqla, demək olar, bütün orqanlarda baş qaldırır və erkən mərhələdə aşkar olunmazsa, ölümə səbəb olur.

Bəs dil xərçəngi nədir, ən çox kimlərdə rast gəlinir?

Medicina.az xəbər verir ki, nadir rast gəlinən dil xərçənginə daha çox kişilərdə təsadüf olunur.

Digər növlərə nisbətən qısa zaman ərzində sürətlə yayılır, metastaz verir. Ancaq şiş tez aşkar edilərsə və müalicəsi düzgün aparılarsa, xərçəngin qarşısını almaq mümkündür.

Dil xərçəngində ağrı çox gec meydana çıxır və pasiyentlər bunu adətən, diş və ya damaq ağrısı ilə əlaqələndirirlər. Ağrı hissi əsasən dildə, ağız boşluğunda, qulaq, gicgah və ənsə hissədə miqrasiya edir.

Gec mərhələlərdə ağız suyunun ifrazı çoxalır və ağızdan xoşagəlməz iy gəlir. Dil xərçəngi 5-10% hallarda ağciyər, qaraciyər və baş-beyinə metastaz verir.

Risk faktoruna spirtli içkilər və siqaret daxildir.

Əlamətləri:

Dil üzərində yaralar - dil üzərindəki yaralar dil xərçəginin əsas əlamətidir. Əgər dilinizdə sadə yaralar əmələ gəlibsə və gün keçdikcə sağalmaq yerinə daha da artırsa, o zaman mütləq qulaq-burun-boğaz həkiminə müraciət edin.

Boyunda şiş - xərçəng boyundakı limfa vəzilərinə keçdikdə boyunda şişkinlik yaranır. Boynun eyni bölgəsində həftələrlə çəkilməyən və getdikcə böyüyən şişə diqqət edin. Məhz bu şiş xərçəngin əlaməti ola bilər.

Danışıqda dəyişiklik - dil xərçəngi dilin düzgün hərəkət etməsinə təsir edir. Dilini rahat şəkildə hərəkət etdirə bilməyən xəstələrin danışığında problemlər yarana bilir.

Ağız qoxusu - xərçəngin inkişafı ağız gigiyenasını pozur, bu da pis qoxunun yaranmasına səbəb olur.

Dildə ağrı və qanama - xərçəng dildə əvvəl ağrılarla özünü göstərir daha sonra yaralar qanamağa başlayır. Hətta şiddətli ağrı qulaqlara da təsir edir.

Xəbərlər     Baxılıb: 1699   Tarix: 16 yanvar 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

sade makiyaj sekilleri maskalar qadin sayti qadın məsləhətxanaları əli əmirli praktik badimcan tursusu hazirlanmasi kosmetika bürcler ariqlamaq ariqla cinsi elaqe nagillar