Bu yağlar xəstəlik yaradır - Alimlərdən xəbərdarlıq
Yediyimiz qidaların bədənimizə həm müsbət, həm də mənfi təsirləri var.
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, aparılan tədqiqatlar təkrar istifadə edilən yağda bişirilən qidaların beyinə zərərli olduğunu ortaya çıxarıb.
Sağlamlığa zərərli olan qızardılmış qida deyil, istifadə olunan yağdır. Yağ bir dəfədən çox istifadə edilərsə, kanserogen mənbəyinə çevrilir. Riski ən çox olan qidalar isə kartof qızartması və qızardılmış toyuqdur.
Bununla bağlı Amerika Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin alimləri tərəfindən siçanlar üzərində tədqiqat aparılıb. Təkrar istifadə olunan qızardılmış yağda bişən qidaları yeyən siçanların orqanizmində mənfiyə doğru dəyişikliklər baş verib. Hətta siçanların balalarında da oxşar problemlər müşahidə olunub.
Tədqiqatçılar bir neçə dəfədən artıq istifadə edilən yağların qaraciyər, bağırsaq və beyin arasındakı iki tərəfli əlaqələrə mənfi təsir göstərdiyini, hətta nevroloji problemlərin yaranmasına səbəb olduğunu bildiriblər.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi