Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQ

Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQXəbər verdiyimiz kimi, bir neçə gün öncə Masallıda körpə ölümü qeydə alınıb. Belə ki, 17 yaşlı  Səfurə Qubadova doğuş üçün Masallı rayon mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib. Daha sonra ağrıları olan S.Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib. 
Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır. Bəziləri isə məhz erkən nikahın faciəyə səbəb olduğu qənaətindədir. 
Bəs görəsən, erkən nikahın bu məsələdə rolu böyükdürmü? 
Milli.Az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim mama - ginekoloq Arzu Məhərrəmova erkən nikahların tibbi baxımdan bir sıra fəsadlar törətdiyini bildirib. 
Mütəxəssis yeniyetmə hamilədə hansı ağırlaşmaların baş verə biləcəyinə aydınlıq gətirib: 
"Təbii ki, körpənin ölümü həm həkim səhlənkarlığı, həm də erkən nikah üzündə ola bilər. Ümumiyyətlə, biz erkən nikaha daxil olan qızlara və 35 yaşından yuxarı qadınlara doğmağı tövsiyə etmirik, çünki erkən nikahda orqanizm hələ fiziki olaraq tam formalaşmamış olur, istər çanaq üzvləri, istərsə də cinsi üzvlər bu yaşlarda hələ tam formalaşmadığı üçün təhlükə böyükdür. Hətta orqanizm tam formalaşmadığı üçün onlarda hamiləlıik dövrü belə normal keçmir. Bu kimi hallarda hamiləliyin erkən toksikozu, ikinci toksikozu ilə nəticələnməsi ehtimalı çox yüksəkdir, erkən doğuş, uşaqsalma təhlükələri də var. 
Ona görə də biz erkən nikahı tövsiyə etmirik. Son zamanlar qohum nikahları ilə bağlı da qadağalar tətbiq edildi, bu da bizi çox sevindirdi. Qohum evliliyi zamanı irsi xəstəlikləri daşıyan xromosomların görüşmə riski daha yüksəkdir". 
A.Məhərrəmova qeyd edib ki, erkən nikah, bu yaşlarda doğuş və ya abort tam formalaşmamış qadın orqanizmi üçün təhlükəli ola bilər. Hamiləlik dövründə isə yetkinləşməyən qızlar və uşaqları ölüm riski ilə üzləşə bilərlər:
"Həkim səhlənkarlığı isə hər zaman, dünyanın hər yerində olub, amma məhz sözügedən pasiyentdə günah həkim səhlənkarlığı, yoxsa erkən nikahdır məsələsini yəqin ki, səlahiyyətli orqanlar ətraflı araşdıracaq. 
Biz ginekoloq olaraq həmişə erkən nikahın əleyhinə olmuşuq. Bu qızlar həm fiziki, həm psixoloji olaraq ana olmağa hazır deyillər. Onlar doğuşdan sonra belə özlərini normal ana kimi aparmırlar. Uşağı əmizdirmək istəmir, düzgün bələməyi bacarmırlar, onlara ancaq ana və ya nənə kömək edir. Bu da nəticədə uşağı ana qayğısından uzaqlaşdırır. O yaşda normal doğuş qızın çəkisindən, boyundan asılıdır. Adətən 17-18 yaşlı qızlar özləri sərbəst doğa bilmirlər, doğuş qeysəriyyə ilə nəticələnir. Hətta özlər doğanda belə, çox zaman uşaq travma alır və bu da körpənin ölümü ilə nəticələnir
Milli.Az

Xəbərlər     Baxılıb: 1616   Tarix: 19 iyul 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

aksessuarlar geyim şəkilləri yay geyimləri 2026 qas duzeltme kofe maskasi cinsi infeksiyalar qripdən necə qorunmalı kosmetika penis öpüşme vətən həsrəti vetene aid atalar sozleri maraqli hakistalar