"Bu yaşdan uşaqlara turşu vermək olar"

"İmmun sisteminin möhkəmləndirilməsi əsasən üç istiqamətdən ibarətdir: Rasional qidalanma, yetərincə fiziki aktivlik və yuxu rejimi".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayımda uşaqlarda respirator viruslar haqqında danışarkən deyib.
Pediatr qeyd edib ki, rasional qidalanmada ən önəmli məqamlar iki yaşa qədər uşaqlarda ana südüdür:
"Sözsüz ki, təbii qidalanma vasitəsilə körpə immun sisteminə aid olan maddələri qəbul edir. Digər yaş dövrlərində immun sistemini stimullaşdırmaq üçün üstünlüyü yaşıl tərəvəzlərə, sarı meyvələrə və turş süd qarışıqlarına (probiotik) vermək tövsiyə olunur. Üç yaşdan yuxarı olan uşaqlara Aralıq dənizi pəhrizindən turşu kələm məsləhət görülür. Uşaqların gündəlik həyatında yetərli qədər fiziki aktivlik önəmlidir.
Artıq tibdə vitamin D3-ün immun sisteminə müsbət təsiri təsdiq olunub. Sözsüz ki, vitamin D-nin mənimsənilməsi üçün dəri ultrabənövşəyi şüa almalıdır. Azərbaycan şəraitində ultrabənövşəyi indeks daimi iki olduğuna görə, vitamin D ilə təmin olunmaq üçün gün ərzində 2 saata qədər havada olmaq zəruridir". 
G.Ağayeva bildirib ki, vitamin D-ni səhər saatlarında vermək daha məsləhətlidir:
"Digər böyük faktor davamlı yuxudur. Uşaqların yaş dövründən asılı olaraq yuxu müddəti fərqlənir. Yenidoğulanlarda 18-20 saat, 3 yaşında olan uşaqlarda 11 saata kimi azalır. Yuxu gigiyenasında eyni saatda yatıb və eyni saatda durmaq məsləhətdir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1129   Tarix: 21 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

yaz geyimleri 2026 aksessuarlar sac duzumleri toylar masaj ataya aid atalar sozleri qış ayaqqabıları kosmetika video vətənə aid rus dili 2ci ders azerb clpaq qadinlari novruza aid hakistalar