Bu yuxudur, ya gerçək: gözümüz yumulanda gördüklərimiz... - həkim yazır

Bu yuxudur, ya gerçək: gözümüz yumulanda gördüklərimiz... - həkim yazırRöyalar əyləncəli, narahatedici və ya tamamilə qəribə ola bilər. Ertəsi gün xatırlamasaq da, hamımız röya görürük. Bəs niyə röya görürük? Və ümumiyyətlə, röya görmə nə deməkdir?
Röyalar nədir?
Röyalar əsasən yuxu zamanı ağlımızın yaratdığı hekayə və şəkillərdir. Onlar canlı ola bilər. Onlar bizi xöşbəxt, kədərli edə və ya qorxuda da bilər. Onlar fantastik və ya tamamilə rasional ola bilər.
Bu yuxudur, ya gerçək: gözümüz yumulanda gördüklərimiz... - həkim yazırRöyalar yuxunun istənilən mərhələsində baş verə bilər. NREM yuxusunda görülən röyalar, REM yuxusunda görülən röyalardan fərqli olur və funksiyaları fərqlidir. NREM röyaları daha çox düşüncələrdən formalaşır, ssenarisi olmayan, ağ-qara röyalardır. O gün içində, oyanıqlı olduğumuz müddətdə düşüncə və fikirlərimizin davamı şəklindədir. O gecə dərs çalışan bir tələbənin yuxusunda dərsinə davam etməsi və çətin qavradığı bölüm ilə məşğul olması şəklində röyalar NREM röyalarıdır. NREM röyalarının əsas funksiyası gündəlik hafizənin depolanması və gün boyu öyrənilənlərin içərisində  lazımsız olanların atılması və lazımlı olanların sonradan istifadə edilməsi üçün depo şəklində saxlanmasıdır. Digər sözlə ifadə etsək NREM bir növ süzgəc funksiyası yerinə yetirir. O gün toplanmış lazımsız bilikləri atar və lazım olacaqları isə yaddaşda depolayar.
REM yuxusu röyaları isə rəngli, canlı, ssenarisi olan bəzən də  hərəkətli röyalardır. Bu röyalara duyğular da qatılır. Zövq aldığımız, xoşaldığımız, qorxduğumuz röyalar REM röyalarıdır. Qaçdığımız tullandığımız uçduğumuz hərəkətli röyalar da REM röyalarıdır. REM yuxusu müddətində  normal olaraq beynin yaddaş, problem həll etmə, qərar vermə, mühakimə kimi funksiyalarindan məsul olan bölgələri çox aktiv hala gəlir. Eyni zamanda  duyğularımız, hisslərimiz, yəni xoşbəxt, ya da bədbəxt, keyfli, ya da keyfsiz olmagımızda məsul olan beyin bölgələri və görmə ilə əlaqəli beyin bölgələri çox aktivdir. Son olaraq REM röyaları uzaq və ya yaxın zamanda yaddaşımızda bir bilginin, ogünkü duygularımızla birləşərək gözümüzün önündə bir film  şəklində keçməsi halıdır. REM röyaların əsas funksiyası diqqət, yaddaş, öyrənmə, mühakimə, qərar vermə kimi qabiliyyətlərimizin təmin edilməsidir. REM yuxusu pozulması olan insanlarda öyrənmə və diqqətin  azaldığı müşahidə edilir. REM  röyaları əhvalımıza da təsir edir.
Bu yuxudur, ya gerçək: gözümüz yumulanda gördüklərimiz... - həkim yazırRöyaların yaşa və cinsiyyətə görə fərqliliyi
Röyaların məzmunu həm cinsilər arasında, həm də uşaqlıq, yeniyetməlik, yetkinlik və yaşlılıq  dövrlərinə görə fərqlənir. Aparılmış tədqiqatlar nəticəsində kişilərin qadınlara nisbətən daha çox aqresiyalı, hərəkətli röyalar gördüyünü, qadınların isə qorxu, üzüntü, xoşbəxtlik kimi duycularla əlaqəli röyaları kişilərdən daha çox gördüyü aşkarlanıb. Qadınlarda ailə üzvləri, dostlar və ev ilə əlaqəli röyalar üstünlük təşkil edir. Kişilərdə isə professional həyat və maddi qazanc ilə əlaqəli yuxular daha cox rast gəlinir.
3-7 yaş arası uşaqların röyalarına baxıldıqda  ən çox heyvanlar və ailə üzvləri  ilə əlaqəli röyalar üstünlük təşkil edir. Yeddi yaşından başlayaraq bu tipli röyalar azalır və yeniyetməliyə qədər dostlarının iştirakı olan yuxular önə çıxar. Yeniyetməlikdə röyalar cox çeşidli olir. Adətən duyğu  və narahatlıqların bolluğu təşkil edir.
Doğuşdan kor şəxslərdə və 5 yaşından kiçiklərdə röyalar adətən eşitmə yönlü olur.
Kabuslar
Nadir hallarda hər kəs kabus görə bilər. Bu normal bir haldır. Ancaq kabuslar təkrarlayıcı olarsa, şəxsin yuxusunu pozmağa başlayarsa bu bir yuxu xəstəliyi sayılır. Adətən REM yuxusunda olur və çox zaman  də oyanma ilə nəticələnir. Kabuslar gerçəyə bənzəyən  röyalardır və getdikçə daha çox  narahat edici olurlar. Uşaqlarda böyüklərə nisbətən daha çox rast gəlinir. Çox vaxt aşağıdakı səbəblərdən baş verir:
Stress, münaqişə, qorxu
Travma
Emosional problemlər
Dərman və ya maddə istifadəsi
Xəstəlik halı
Yadda saxlayın ki, kabus nə qədər qorxulu olsa da bu real deyil.
Bu yuxudur, ya gerçək: gözümüz yumulanda gördüklərimiz... - həkim yazırNiyə yuxu görürük?
Niyə yuxu görməyimizlə bağlı bir çox nəzəriyyə var, amma heç kim bu mövzunu dəqiq bilmir. Bəzi tədqiqatçılar yuxuların heç bir məqsədi və mənası olmadığını söyləyirlər. Digərləri isə zehni emosional və fiziki sağlamlığımız üçün yuxulara ehtiyacımız olduğunu söyləyirlər.
Bir araşdırmada yuxuların sağlamlığımız üçün əhəmiyyətini araşdırmaq üçün insanları REM yuxusuna girərkən oyatdılar. Yuxu görməyə icazə vermədikləri insanlarda aşağıdakıları  aşkarladılar:
Daha çox gərginlik
Narahatlıq
Depresiya
Konsentrasiyanın çətinliyi
Koordinasiyanın pozulması
Çəkinin artması
Halüsinasiyalara meyillilik
Röyalar nə qədər davam edir?
Yuxu  NREM 1, NREM 2, NREM 3  və REM fazalarından ibarətdir. Bu fazalar səhərədək növbələşərək periodik davam edir. Lakin röyaların əsas baş verdiyi  REM fazası gecənin ilkin saatlarında daha qısa olur, səhərə doğru isə uzanaraq 30 dəqiqəyədək davam edir və biz yatmağa davam etdikcə daha da uzanır. Beləliklə, bir yuxugorməmiz  yarım saatadək davam edə bilər.
Bu yuxudur, ya gerçək: gözümüz yumulanda gördüklərimiz... - həkim yazırRöyalar nə deməkdir?
Məhşur psixiatr Ziqmund Freyd belə hesab edir ki, yuxular bizim şüuraltımıza açılan bir pəncərədir. Freyd röyaların insanların cəmiyyət tərəfindən qəbul edilməyən  istək və arzularını təmin etmək üçün  bir yol olduğunu düşünürdü.
Niyə yuxu gördüyümüzə bağlı müxtələf fikirlər olduğu kimi yuxuların nə demək olduğuna dair də müxtəlif fikirlər var. Bəzi ekspertlər yuxuların bizim real duyğu və düşüncələrimizlə heç bir əlaqəsi olmadığını deyirlər. Digərləri deyirlər ki yuxularımız öz düşüncə və hisslərimizi - ən dərin istəklərimizi qorxularımızı narahatlıqlarımızı (xüsusən də dəfələrlə baş verən yuxular) əks etdirə bilər.
Hansı yuxular yadımızda qalır?
Röyaların xatırlanması sağlam şəxslər arasında fərqlilik göstərir. Normal olaraq röyaların xatırlanmaması keyfiyyətli yuxudan xəbər verir. Xatırlanması isə röya müddətində oyanmanın olduğuna, yəni gecə yuxusunun bölündüyündən xəbər verir. Səhər xüsusilə REM yuxusundan oyansaq son gördüyümüz röyanı qisa müddətli olaraq xatırlaya bilərik. Əgər bu yuxu  bizim duyğularımıza çox təsir edibsə, bir neçə gün yaddaşımızda qala bilər.
Nevroloq Sevinc MirSeyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1224   Tarix: 01 mart 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Talassemiya uşağa keçə bilərmi? - Açıqlama

"Talassemiya irsi (genetik) xəstəlikdir və valideynlərdən uşağa genlər vasitəsilə ötürülür". xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Şaftalının faydaları nələrdir, neçə kaloridir?

Şaftalı vitamin, mineral və antioksidant tərkibi ilə ümumi sağlamlığı dəstəkləyən, həzm sistemini rahatlaşdıran və immuniteti gücləndirməyə kömək edən yay mövsümünə xas lifli bir meyvədir. Aşağı kalorili quruluşu və yüksə

.

Arıqlamağa mane olan 3 böyük səhv

Dieta zamanı buraxılan bəzi səhvlər insanın arıqlamasına mane olur. -a istinadən bildirir ki, bu barədə rusiyalı nutrisioloq Anna Drobışeva bildirib. Onun sözlərinə görə ən böyük səhvlərdən biri kifayət qədər su içilməməsidir

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Tut yeməyin faydaları

Yay aylarının sevilən meyvələrindən olan tut təkcə dadı ilə deyil, zəngin qida tərkibi ilə də diqqət çəkir. axşam.az-a istinadən bildirir ki, vitamin, mineral və antioksidantlarla zəngin olan bu meyvə orqanizmin bir çox funksiyasın

.

Uzun müddət oturmaq ölüm riskini artırır

Hər əlavə saat oturaq vəziyyətdə qalmaq onkoloji xəstəliklərdən ölüm riskini orta hesabla 10 faiz artırır. -a istinadən xəbər verir ki, bu barədə "PLoS Medicine" jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqa

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

turlar.az

hamilelikde qidalanma qaşların formalari sac duzumleri veten haqqinda atalar sözləri gözəl geyimlər cemli piroq kosmetika kosmetika veten haqqinda atalar sozu suni mayalanma intim munasibetler maska xanim az