Bukmeykerlər Samirəni finalda görmür
Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək "Euorovision 2020" mahnı müsabiqəsində iştirak edəcək ölkələrlə bağlı bukmeykerlər növbəti dəfə proqnozlarını veriblər.
Open.az xəbər verir ki, bununla bağlı məlumat müsabiqənin rəsmi saytında yayımlanıb.
Bukmeykerlərin səs çoxluğu ilə bu dəfə İslandiya cədvələ başçılıq edir. 2-ci yerdə Litva, 3-cü yerdə isə Rusiya qərarlaşıb.
Onların fikrincə isə Azərbaycanı təmsil edəcək müğənni Samirə Əfəndi müsabiqədə 18-ci yeri tutacaq.
Qeyd edək ki, şüarı "Open up!" ("Açıl!") olan "Eurovision-2020" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Eurovision-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.
Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın "Eurovision-2020" Mahnı Müsabiqəsində iştirakı rəsmi olaraq təsdiqlənib. /open.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür