Bunları oxumasanız, illər sonra çox peşman ola bilərsiniz

Bunları oxumasanız, illər sonra çox peşman ola bilərsiniz"Quora" saytınının 50 yaşlı insanlar arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, bu yaşa çatanda təəssüflənməmək üçün gənc yaşlarında insanlar aşağıdakılara diqqət etməlidirlər:
1. Siqaret çəkməyin. "Siz indi məni görəydiniz kaş... imkanım olsa, əyilmiş dizlərim üstə çöküb, deyərdim: at bu siqareti!" - siqaret istifadəçilərdən biri belə deyir.
Bəlkə, tərgidəsiniz?
2. Valideyinləriniz, bacı-qardaşlarınızla əlaqələrinizi möhkəmləndirin və ya bərpa edin. Ailə münasibətlərinin yaxşı olması çox vacibdir. Zamanla bunu daha yaxşı başa düşəcəksiniz.
3. İsti fəsillərdə günəş kremindən istifadə edin. Quru, qabıqlanan, yanmış dəri istəyirsiniz? O zaman gedin dənizə və kremdən istifadə etməyin.
4. Həyati əhəmiyyətli məqsədlərinizi sonraya saxlamayın.  Ev almaq, kitab yazmaq, yüksək təhsilə sahib olmaq istəyirsiniz? O zaman bu gün hərəkət edin. "Bu məsələyə sonra bir də qayıdaram" deməyin. Çünki 30 yaşdan sonra həyat çox sürətlə gedir.
5. Doyunca yatın. Çalışın eyni saaatda yatıb, eyni saatda oyanmağı adət halına salasınız.
6. Dişlərinizə qulluq edin. Yaş artdıqca dişlərdəki problemlər də artır. Müalicə sizin vaxtınızı və pulunuzu aparacaq. Ona görə müalicəni gecikdirməyin.
7. İdmanla məşğul olun. Bu, çox vacibdir. İndi aktiv həyat tərzi keçirin ki, 50 yaşınızda da sağlam olasınız. Çəkinizi normada saxlayın.
8. Çox çətin olsa da, pulunuza qənaət edin. Düzdür, bu yorucu məsləhətdir. Ancaq çox vacibdir. 30 yaşında insanın az da olsa, qənaət edəcək pulu həmişə olur. İndidən qənaət edin ki, bir müddət sonra nəticəsini görə biləsiniz.
9. Əlinizdə olanlardan həzz almağı bacarın. Şikayət etməkdənsə, olanlara şükür etməyi öyrənin. İnanın, bu sizi çox xoşbəxt edəcək.
10. Xatirələrinizi qoruyun, əşyaları yox. 50 yaşda əşyalardan başqa heç nə əldə etmədiyinizin fərqinə varanda təəssüfləncəksiniz.
11. Yaxşılıq edin. Yaxşılıq etməyi öyrənin. Başqalarını xoşbəxt edəcək şeylər edin. Amma bunu ürəkdən edin. Əvəz gözləməyin.
12. Sizi qorxudan şeyləri edin. Evdən çıxın və bir dəlilik edin. Yaxın bir adamınızı da götürüb, çoxlu şəkillər çəkin. Qocalanda belə günləri yada salıb, gözlərinizdə ancaq xoş xatirələri canlandıracaqsınız.
13. Ziyanlı qidalardan uzaq durun. Yaşadığınız illər boyu istədiyiniz əşyanı ala bilərsiniz. Ancaq sağlamlığı pulla almaq mümkün deyil. Alkoqol və "fastfood"lardan uzaq durun.
14. İldə heç olmasa, 10 kitab oxuyun. Beynimizin daima inkişafa ehtiyacı var. Ona görə də televizora az baxın, kompüter oyunlarından uzaq olun, bir az da kitab oxuyun.
15. Səyahət edin. Nə qədər bacarırsınız səyahət edin. Səyahətlər bizi dəyişir. Onlar çox suala cavabdır. Səyahət bizə həqiqətən insan kimi yaşadığımızı hiss etdirən əyləncədir.
16. Meditasiya edin. Bu sizin bir neçə dəqiqənizi alsa da, əvəzində sizə müsbət dəyişikliklər yaşadacaq. Araşdırmalar bunu sübut edir.
17. Özünüz olun. Özününüzü kimləsə müqayisə etməkdən uzaq tutun. İnanın, 50 yaşa çatanda başqalarının sizin haqda nə düşündüyü vecinizə də olmayacaq. Özünüz olun.
18. Gündəlik tutun. Siz həyatınızda baş verən çox önəmli hadisələri unuda bilərsiniz. Bu, normaldır. Ona görə gündəlik tutun və fotolarınızı saxlayın.
19. Dostlarınızı qoruyun. Sizə müsbət aura yaşadan insanları qoruyun. Onlarla birgə gülün, dəliliklər edin. Həyatdan həzz alın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1390   Tarix: 22 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

reseptler geyim və ayaqqabılar toy gecesi cinsi problemlər sanamalar küftələr atalar sözləri kosmetika vetene aid bayati sirniyatlar qaynana tanisliq sağlamlığa aid atalar sözləri