Burun əməliyyatına hazırlaşanlar - Bu xəbəri mütləq oxuyun!
Burnunun görnüşünə görə kompleksə düşən insanlar kompleksdən xilas olmaq üçün əməliyyata üz tuturlar.Qadınsaytı.az ATV.az-a istinadən xəbər verir ki, yanlış əməliyyat elətdirib burnunuzu daha bərbad vəziyyətə salmamaq üçün bunları bilməlisiz:
Mütləq burun əməliyyatı üçün təcrübəli həkim seçməlisiz. Təcrübəli həkim sizi gərəksiz yerə ikinci dəfə bıçaq altına düşməkdən qoruyar. Əlbəttə heç bir əməliyyat üçün zəmanət yoxdur, ən yaxşı əllərdə belə 5 % nisbətində ikinci bir əməliyyata ehtiyac yarana bilər.
Amma risk hər həkim üçün eyni deyil. Burun əməliyyatı mövzusunda xüsusiləşmiş, təcrübəli, təhsil almış və dünyadakı inkişafları tətbiq edən bir cərrahın əməliyyat eləməsi daha ümumi çalışan bir həkimin əməliyyat eləməsi arasında risk cəhətdən də, müvəffəqiyyət cəhətdən də fərq olması təbii haldır.
Burun əməliyyatında həkimin savadlı olması yoxsa əsas yaxşı əl qabilliyəti olmasını düşünənlər:
Əlbəttə həkimin savadlı olması birinci şərtdir. Həkim burnun hər nöqtəsinə bələd olduqdan sonra əməliyyatı uğurlu həyata keçirə bilir.
Həkimlərin sevmədiyi xəstə tipinə gəldikdə isə:
Psixioloji problemləri olanları bir kənara qoysaq, telefonu açıb "burun əməliyyatını neçiyə eliyirsiz?" deyə soruşan xəstələr həkimlərin sevmədiyi tip xəstələrdir.
Həkimlər səbəbini belə izah edillər: bir məhsul alırmış kimi qiymət araşdırması edən xəstələrin bunu bilməsində fayda var, burnunuzun alacağı nəticə hər cərrahda eyni deyil bu səbəblə təcrübəli və müvəffəqiyyət nisbəti yüksək həkimlərin ödənişləri müəyyən bir standart altında deyil.
Nəticədə ucuz əməliyyat elətdrim deyərkən, sonrakı əməliyyatlar üzündən estetik daha da baha başa gəlir. Müvəffəqiyyət şansı isə azalmış olur çünki əməliyyat edilməmiş bir burun ilə edilən əməliyyat daha gözəl nəticə verir.
Həkimlərin çətin əməliyyatı:
Zədə keçirmiş, ya da daha əvvəl əməliyyat olmuş xəstələrə ediləcək olan düzəltmə əməliyyatlar həkimlərin sevmədiyi əməliyyatlardır. Bu xəstələrdə qulaqdan, ya da qabırğadan qığırdaq çıxartmaq məcburiyyətində qalırlar, əməliyyatlar uzun davam edir və uğurlu əməliyyat şansı 50/50-yə olur.
Üz qurluşuna uyğun əməliyyat:
Üzün sol və sağ yarımı simmetrik olmayan, insanların üçdə ikisində orta üz qurluşu mövcuddur. Bu səbəbdən burun öz içində orta hətta düz dursa belə üzdəki asimmetriya səbəbiylə qarşı baxışda düz dayanmaya, gözlərin arasındakı məsafə bərabər görünməyə bilir. Bu cür üz qurluşu olan insanlarda həkimlər əməliyyat etməkdə çətinlik çəkir. Əməliyyat əvvəlində xəstəylə danışıb burunun üzlərində bu cür dayanacağını əvvəlcədən bildirmək lazımdır.
Əksə insanlarda yağlı və qalın bir dəri toxması olan burun mövcuddur. Təəssüf ki, bu quruluşda olan burunları əməliyyat etdirdikdə müəyyən bir problemlər yaranır və yaxşılaşması uzun sürür.









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir