Burun spreylərindən düzgün istifadə qaydası

Burun spreylərindən düzgün istifadə qaydasıBurunun tənəffüs funksiyasından başqa orqanizm üçün qoruyucu rolu da var. Bu, xaricdən daxil olan havanın nəmləndirilməsi, isidilməsi və zərərsizləşdirilməsi hesabına baş verir.
AZƏRTAC xəbər verir ki, həkim-otolarinqoloq Elvin Əzizov deyib: "Soyuq havaya çıxanda burunda tıxanıqlıq yaranır. Bunun səbəbi burun boşluğunda olan kapilyarların genişlənməsi, qoruyucu mexanizmin işə düşməsi və bu zaman selikli qişanın şişməsidir. Bundan başqa yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı və yaxud toz hissəcikləri və digər allergenlər burun boşluğuna düşəndə bakteriya və virusların təsiri nəticəsində selikli qişanın qoruyucu funksiyası işə düşür və həmin vaxt burunda tıxanıqlıq əmələ gəlir".
Həmin halda xüsusi spreylərdən istifadə edilir və onların hər birinin öz funksiyası var. Həkim-otolorinqoloqun dediyinə görə, ən çox istifadə olunan vasitə dəniz suyudur: "Dəniz suyu vasitəsilə mikroorqanizmlər və selik yuyulub xaric olur. Digər bir üsul - damarbüzücü spreylər burun boşluğunda olan kapilyarların yığılması və bunun nəticəsində burun tənəffüsünün yaxşılaşmasına yönəlir. Daha çox istifadə olunan digər spreylər isə burun boşluğunun təbii qoruyucu sistemini bərpa edir".
Bəzən qrip olarkən və burunda tıxanıqlıq yaranarkən spreylərdən kortəbii şəkildə, üzərində yazılan istifadəyə dair göstərişi oxumadan və tez-tez istifadə olunur. Mütəxəssislər bunun zərərli olduğunu deyirlər. "Qrip olan zaman spreylərdən qısa müddətdə - 3-5 gün ərzində istifadə etmək olar, Bundan artıq onlardan istifadə etmək olmaz, Ən çox tövsiyə edilən yüksək duzluluğa malik dəniz suyu isə yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı seliyin xaric olmasına kömək edir", - deyə müsahibimiz bildirib.
Gün ərzində həmin spreylərdən maksimum üç dəfə istifadə etmək lazımdır. Daha çox istifadə edilməsi bir sıra fəsadlara səbəb olur.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1099   Tarix: 25 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geyim şəkilləri kosmetik vasiteler makiyaj instagram is qurmagin yollari bilincik resepti evim interyer hamilələrin qidalanması kosmetika aydin sani vətən həsrəti vetene aid bayatilar sperma novruz bayramina aid hakista