Burun və qulaq xəstəliklərinə qarşı təbii dərmanlar - XALQ TƏBABƏTİ

Burun və qulaq xəstəliklərinə qarşı təbii dərmanlar - XALQ TƏBABƏTİEşitmə üzvünün, burun və boğazın klinik anatomiyasını dərindən bilmək bu üzvlərin xəstəliklərini öyrənməkdə və onların müalicəsində böyük əhəmiyyətə malikdir. Qulaq anatomik cəhətcə üç hissəyə bölünür: xarici, orta və daxili qulaq. Funksional cəhətcə qulaqda iki hissə: eşitmə aparatı və statokinetik (müvazinət və sahə hissi) aparat ayırd olunur.
Uzun illər xalq təbabətində burun və boğaz xəstəliklərinə qarşı bir neçə təbii üsuldan istifadə edilib: 
Burundan axan qanı kəsmək üçün bir xörək qaşığı kükürdü əl boyda göy satin parçanın üzərində yandırıb, xəstəni 10-15 saniyə müddətində örtük altında onunla tənəffüs etdirmək lazımdır.
Burundan axan qanı kəsmək üçün insanın baş tükünü yandırıb, onun külünün tozunu buruna çəkməli
Burundan axan qanı yumurtanın qabığının yanığını toz halına salaraq buruna çəkməklə kəsmək mümkündür. 
Sədəfotunu sirkəyə qatıb təpitmə kimi buruna qoymaqla qanaxmanı dayandırmaq olar.
Zirəni döyüb tünd sirkə ilə qarışdıraraq onu iyləməklə və piltə kimi qoymaqla burundan axan qanı kəsmək olar.
Zəy ilə çölsoğanı şirəsinin məhlulu burundan axan qanı kəsmək qabiliyyətinə malikdir.
Burun tutulanda mərzə cövhəri ilə özünü asqırtmaq lazımdır. Eyni məqsədlə nanə və reyhan şirəsi və ya sirkə ilə özünü asqırtmaq da çox yaxşı təsir edir
Burun yarasına qarşı tətbiq olunan vasitələrdən biri də şirin nardır. Bu məqsədlə şirin narın dənəsini əzib mis qazanda qaynadaraq bal ilə qatışdırmaq və burunda olan yaraya qoymaq lazımdır.
Burun yarası üçün ən təsirli vasitələrdən biri əzvay hesab olunur. Bu məqsədlə onu əzərək şirəsini balla qatıb buruna piltə qoymaq lazımdır.
Burunda olan artıq ətə qarşı təzə sərv qozası təsirli vasitələrdəndir. İstifadə qaydası: Sərv qozasını əzib süd ilə qatışdırmaq və buruna çəkmək lazımdır. Bu, həm də burun zədəsinə qarşı da faydalıdır.
Qaymariti müalicə etmək üçün yarım kiloqram paxlanı sirkə içərisinə töküb 2 gün islatdıqdan sonra hər gün 100 qrama qədər götürüb dəmir üstünə tökərək yandırmaq, onun tüstüsünə ağız və burunu vermək lazımdır (həmin vaxt baş şalla örtülməlidir).
Qulaqda iltihab olduqda soğan şirəsi hopdurulmuş pambığı gündə 3 dəfə 10-15 dəqiqə müddətində qulaq deşiklərində saxlamaq lazımdır.
Qulaq ağrısını sakitləşdirmək üçün…
Qulaq ağrısı zamanı gül yağı müalicəvi təsir göstərir. Bunun üçün turpun içini oyub oraya gül yağı tökərək od üzərində isidib qulağa damcılatmaq lazımdır.
Qulağa acı badam yağı damcılatmaq qulaq ağrısını sakitləşdirir.
Qaz piyi və azacıq qızdırılmış toyuq piyi iltihab zamanı qulaq döyüntüsünün qarşısını alır.
Qulaq sulanması zamanı nar şirəsini mis qazanda üçdə bir hissəsi buxarlanıncayadək qaynatmalı, qalan hissədən ilıq halda iki damcı qulağa damcılatmalı.
Qulaqda uğultu olarsa, gənəgərçək yağı və şaftalı tumunun yağını qulağa damcılatmaq məqsədəuyğundur.
Qulaqda uğultu olarsa acı badam yağı və ya qoyun ödü ilə çöl soğanı şirəsinin qatışığını qulağa damcıladırlar.
Ağır eşitmə hallarında kibritin kükürdünü buxarlandırıb qulağı onun buxarına vermək faydalı təsir göstərir.
Eşitmə qabiliyyətini gücləndirmək üçün xardalı quru əncirlə döyüb təpitmə şəklində qulağa qoymaq məqsədəuyğundur.
Eşitmə qabiliyyətini gücləndirmək üçün kərkəs piyini əridib onunla qulağa piltə qoymaq yaxşı təsir göstərir. (Bu əməliyyatı bir neçə dəfə təkrar etməli)
Söyüd yarpağı, çobanyastığı, zəncəfil, şüyüd və süsən kökündən suda cövhər hazırlayıb ilıq halda qulağa piltə qoymaq eşitmə prosesini gücləndirir.
Turpu duz ilə döyüb onun şirəsini qulağa damcılatmaq da eşitmə qabiliyyətinin güclənməsinə səbəb ola bilər.
Ana südü qulaq ağrısının şiddətini azaldır.
Badam və ya qoz yağını ilıq halda qulağa damcılatdıqda bir neçə günlüyə ağrının qarşısını alır. Eyni məqsədlə qulağa yumurta sarısı damcılatmaq da münasib sayılır.
Qulağın iltihablı ağrılarını kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qatışdırıb təpitmə kimi qulağa çəkmək çox xeyirlidir
Qulağın iltihablı ağrılarını kəsmək üçün nardan və şərabdan hazırlanmış məlhəm də yaxşı təsir edir. 
Şirin narın dənələrini şərabda qaynadıb həvəngdə yumşalınca döydükdən sonra məlhəm kimi qulağa qoymaq lazımdır.
Sevinc Hüseynova 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 3163   Tarix: 04 aprel 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

həkim məsləhəti geyim necə seçməli makiyaj etmek qaydalari nermin ibrahimova milli yeməklər ilk tibbi yardim ancelina colinin sekilleri kosmetika yuxuda qara ilan gormek babasil qu quşu bayatı badambura