Burunla nəfəs almırsız?

Burunla nəfəs almırsız?Açar sözlər: burun tutulması, əlamətlər, müalicə.
Burun tutulması - bu sərbəst xəstəlik deyil, adətən başqa xəstəliklərin əlamətidir. O, diskomfort hissi yaradır və nəfəs almağa mane olur. Burun tutulması 4-cü ən geniş yayılmış vəziyyətdir ki, bu səbəbdən insanlar həkimə müraciət edir. Yetkin dövrdə burun tutulması problemi daha çox olur nəinki uşaq yaşlarında. Ona görə də LOR həkimi birinci növbədə burun tutulmasının əsl səbəbini araşdırıb tapmalıdır. Belə ki, bu səbəblər çoxdur.
Burun tutulmasının əsas səbəbləri. Ola bilər ki, xroniki burun tutulması (zökəm) əsasında irsiyyət faktoru durur, məsələn allergik iltihab, lakin qalan səbəblərə çox vaxt biz özümüz şərait yaradırıq. Demək olar ki, burun tutulması seçdiyimiz həyat tərzi və ixtisasdan da asılıdır. Xarici mühit də çox amilləri müəyyən edir: məişətdə istifadə edilən kimyəvi maddələr, mikroiqlimə nəzarət edən cihazlar, elektron qurğular, havanın tərkibində olan ionlaşmış qaz molekulları, bakteriyalar, viruslar - bunlar hamısı burunun selikli qişasına təsir göstərir. Burun tutulmasını əmələ gətirən xəstəliklər: KRVİ, allergik rinit, vazomotor rinit, atrofik rinit, kəskin və xroniki rinitlər, burunun selikli qişasının quruluğu, damardaraldıcı vasitələrin uzun müddət istifadə olunması, burunda poliplər. Burun tutulması adətən burunun selikli qişasının sekresiyasının pozulması ilə müşayət olunur.
Bu vaxt nə müşahidə olunur?
- Burundan ifrazatın axması və ya quruluq;
- Qaşınma, asqırma;
- Qoxu hissiyyatının pozulması;
- Göz yaşının axması;
- Baş ağrıları;
- Uşaqlarda öskürək və qulaqda ağrı.
Burun tutulmaları zamanı nə etməli? Burun tutulması yeni yaransa da ona diqqət yetirmək və dərhal müalicə etməyə başlamaq lazımdır. Əvvəl bu adi zökəmdir, lakin zamanla iltihab burun boşluğundan digər nahiyyələrə yayılır - burun ətrafı ciblər, burun-udlaq, boğaz, qulaqlar və hətta aşağı tənəffüs yollarınının selikli qişasına qədər. Bu simptomları aradan qaldırmaq üçün istifadə olunan tibbi vasitə və dərman vasitələrinin çeşidi genişdir. Burunun selikli qişasının vəziyyətini birinci növbədə tərkibində dəniz suyu məhlulu olan tibbi vasitələrin istifadəsi yaxşılaşdırır. Profilaktika məqsədi ilə burun tutulmasını yaradan səbəblərdən qorunmaq lazımdır. Allergenlərdən uzaq olmaq, soyuqdəymədən qorunmaq, damardaraldıcı vasitələrdən çox istifadə etməmək, polipləri müalicə etmək lazımdır. Əgər güclü baş və ya qulaq ağrısı varsa, həkimə müraciət etmək lazımdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Xəbərlər     Baxılıb: 1794   Tarix: 20 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq