Bütün dünya ət yeməyəcək ?

Bütün dünya ət yeməyəcək ?Dünyada ətin məhsullarının istehlakının azaldılması ilə bağlı kampaniyalar vegetarianlığın dəbə minməsinə səbəb olur.
qadın.az publika.az-a istinadən xəbər verir ki, son illər xüsusilə Qərb ölkələrində ət məhsullarından istifadə şüurlu şəkildə azaldılır.

Lakin bu, hər kəsin vegetarian olması demək deyil. Vegetarianlarla yanaşı, ət istehlakını azaldan yeni təbəqə də formalaşmaqdadır.

Flexitarian (elastik vegetarianlar): onlar qida rasionu olaraq tərəvəzə üstünlük verir, lakin vaxtaşırı olaraq menyuya ət də əlavə edirlər. Dəqiq qayda yoxdur. Bəziləri yalnız həftədə bir dəfə, bəziləri isə bayramdan bayrama ət yeyir və qəbul edilən ətin miqdarı az olur.

Böyük Britaniyanın "Forum For The Future" şirkətinin apardığı araşdırmaya görə, ingilislərin 1/3 hissəsi flexitariandır.

"Flexitarianlıq insan sağlamlığı üçün faydalıdır. İngilislərin buna meyili olması bizim gələcəyimiz üçün çox yaxşıdır", - deyə şirkətin ekspertləri bildirir.

Araşdırmalara görə, bir il ərzində Böyük Britaniya əhalisi arasında flexitarianların sayı 10 faiz artıb.

Vegetarianlar flexitarianları qəbul etmirlər. Vegetarianlar heyvan əti yeməkdən, ümumiyyətlə, imtina edir və ət yeyənləri qeyri-humanist hesab edirlər. Flexitarianlar isə ətdən tamamilə imtina etməsələr də, ekoloji və sağlam qidalara üstünlük verirlər.

Ekspertlər izah edir ki, ət məhsullarının istehsalı ətraf mühit üçün bədxərcdir. Belə ki, Yer kürəsində əkin sahələrinin üçdə bir hissəsi mal-qaranın böyüdülməsi üçün istifadə olunur. Həmçinin, balıqlar da dənizin üçdə bir hissəsinə sahibdirlər. Bu isə torpağı və suyu taqətdən salır. Otlaq sahələri düzəltmək üçün meşələri kəsirlər. Bu, planetin "yaşıl ağciyərlərini" azaldır.

2015-ci ildə iqlim üzrə dünya sammitində Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun ekspertləri ət istehsalının təcili azaldılmasının vacibliyini vurğuladılar.

"Forum For The Future" şirkətinin qida bölməsinin rəhbəri Mark Driksoll deyir ki, insanların vegetarianlığa keçməsi atmosferə karbon qazının atılmasının qarşısını 63-70 faiz ala bilər: "Böyük Britaniyada iki milyon vegetarian var. Flexitarianların sayı isə daha çoxdur. Bu göstərir ki, bizim qida istehlakı mədəniyyətimiz dəyişib. Yemək yalnız aclığı yatırmamalıdır, həm də bizim sabit gələcəyimizi təmin etməlidir".

Araşdırmalara görə, heyvanların mədəsində bakteriyalar daim yaşayır və onlar ət və süd məhsullarına keçirlər. Ətin müntəzəm yeyilməsi ürək-damar xəstəlikləri riskini artırır. Həmçinin, qaraciyər xəstəlikləri, diabet və depressiya kimi xəstəliklər də yarana bilər.

Bu cür araşdırmalar ət məsullarının istehlakının azaldılmasına çalışanların marağındadır. Təsadüfi deyil ki, ətin sağlamlıq üçün zərərli olmasından danışanlar okean məhsullarına üstünlük verməyi tövsiyə edirlər.

Amerikada son on il ərzində ət istehlakı 15 faiz azalıb. Bunun əksinə olaraq, son beş ildə vegetarianlar üçün müxtəlif məhsulların istehsalı ikiqat artıb. Lakin hər kəs ətdən tamamilə imtina etməyə tələsmir. ABŞ-da vegetarianlar 7,3 milyon, flexitarianlar isə 22,8 milyondur.
Ümumilikdə ət məhsullarından az istifadə etmək dünyada yeni dəbə çevrilib. Misal üçün, Böyük Britaniya əhalisinin 28 faizinin 2025-ci ilə qədər ətdən tamamilə imtina edəcəyi gözlənilir.

Bu yanaşmalar ətraf mühitin və insan sağlamlığının qorunmasına xidmət edə bilər. Lakin o da faktdır ki, ət istehsalının azaldılması başqa problemlərə də yol aça bilərlər.

Ekspertlər məhz bu amili qabardırlar. Xüsusil, iki məqam ət uğrunda mübarizənin hətta müharibənin başlamasına gətirib çıxara bilər.

Birinci: hər kəs vegetarian, yaxud flexitarian ola bilməz. Dünya əhalisinin əksəriyyəti qida rasionunda ətə üstünlük verir. Ət istehsalının azaldılması isə qıtlığa səbəb ola bilər və beləliklə, insanlar arasında az olan ət uğrunda mübarizə başlaya bilər.

İkinci: hazırda dünyanın ət sənayesi Rusiya, ABŞ, Hindistan, Yeni Zelandiya, Avstraliya və bir sıra Avropa ölkəsinin əlindədir. Ət istehlakının azaldılması bazarın kiçilməsi ilə nəticələnə bilər. Bu isə kiçik bazara sahib olmaq uğrunda ət istehsal edən ölkələr arasında mübarizəyə səbəb ola bilər. Ekspertlərə görə, belə vəziyyət "ət müharibələri"nə gətirib çıxaracaq.

Xəbərlər     Baxılıb: 4237   Tarix: 03 noyabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Limonlu çay içənlərin DİQQƏTİNƏ

Limonlu çay bəzi hallarda sağlamlığa müsbət təsir göstərsə də, hər kəs üçün eyni dərəcədə faydalı deyil. xəbər verir ki, həkim Yekaterina Antipova bildirib ki, limon həzmi stimullaşdırır, orqanizmin tonusunu və enerjisin

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

turlar.az

donlar 2026 reseptler yaz geyimleri 2026 moruğun faydasi maraqli pecenyeler veten haqqinda atalar sozu qadın və cəmiyyət kosmetika bayatılarımızda vətən həsrəti veten faydalı məsləhətlər bakire sağlamlığa aid atalar sözləri