Bütün qızlar saqqallı oğlanlardan xoşlanır?

Bütün qızlar saqqallı oğlanlardan xoşlanır?Oğlanların üzünə saqqal çıxmamasının səbəbi nədir?
Bunun bir-neçə səbəbi ola bilər. Amma ən başda birinci səbəb testosteron hormonunun çatışmazlığıdır. Testosteron kişi cinsiyyət hormonu sayılır. Kişilərdə spermanın əmələ gəlməsində, saqqalın çıxmasında, səsin kişi səsi kimi qalınlaşmasında, sümüklərin sərtləşməsində rol oynayan bir hormondor. Bir sözlə testosteron hormonu oğlan uşağının kişi kimi formalaşmasında rol oynayan əsas səbəbdir. Normal halda testosteron yetkinlik yaşına çatmış oğlanlarda artmağa başlayır ki, bu da oğlanın normal sağlam olması ilə əlaqədardır. Testosteron normadan az olduqda və ya olmadıqda öğlanlarda sümüklər zəif inkişaf edir, kökəlməyə meyillilik yaranır, səs qalınlaşmır. Belə oğlanların üzünə tük çıxmır və az çıxır.
Belə vəziyyətdə mütləq endokrinoloqa müraciət etmək lazımdır. Endokrinoloqun məsləhəti olmadan heç bir dərman preparatı qəbul etmək olmaz, hətta bu təhlükəli sayıla bilər. Saqqalın çıxmasına görə 18 yaşında həkimə müraciət etmək gecdir. Valideyin 15-16 yaşlarından övladlarına qarşı diqqətlə yanaşmalı və həkimə müraciət etməlidir.
Əslində saqqalın çıxması milliyətdən də çox asılıdır. Məsələn, Qafqaz xalqlarında oğlanların üzünə 15-16 yaşlarından saqqal çıxmasına baxmayaraq, çinlilərdə bu yaş 30-a yaxındır.
Üzə saqqal çıxsın deyə ülgüclə üzünü vaxtından əvvəl qırxan oğlan uşaqlarına da tez-tez rast gəlmək olur. Bu heç də arzuolunan hal deyil. Saqqalın tez çıxması üçün hər üsula əl atan oğlanlara bir məsləhət vermək istəyirəm. "Bütün qızlar saqqallı oğlanlardan xoşlanır" ifadəsinə inanmayın. Saqqalsız da xoşbəxt olmaq mümkündür.
Milli.Az

Xəbərlər     Baxılıb: 1629   Tarix: 15 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır. -a istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər. Belə ki, diyetoloq Natalie Rizzo qey

turlar.az

adlarin menasi geyim seçimi qadın geyimi heyvanlar qizilgul haqqinda melumat oxatan burcu yemisan faydasi kosmetika baliq burcu cinsi elaqe yumurta kökəlmək üçün meseller