Buxarda yemək bişirməyin inanılmaz faydaları
Sağlam qidalanmaq istəyənlər və qidalanma şəklini dəyişdirmək istəyənlər haradan və nədən başlamalıdır?
Milli.Az medicina.az-a istinadən bildirir ki, buxarda bişirmə üsulu sayəsində orqanizminiz daha yaxşı hiss etməyə başlayacaq.
Buxarda bişmə üsulu digərlərinə nisbətən ucuz başa gəlir. Ehtiyacınız olan şeylər su və duzdan ibarətdir. Çox tez bişdiyinə görə, elektrikə və qaza qənaət etmiş olursunuz.
Buxarda bişirmə üsulunda qidalar rahat və tez həzm olunur. Tərəvəzləri buxarda bişirərkən, içərisinə yağ və yağlı məhsullar əlavə etməyinizə ehtiyac yoxdur. Bundan başqa, bişirdiyiniz qidalar daha az kalorili olar.
Qidalar su ilə təmasda olmadığı üçün öz vitaminlərini qoruyub saxlayırlar. Beləliklə, ehtiyacınız olan vitaminləri almış olursunuz və həzm sisteminiz güclənmiş olur.
Milli.Az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin