"Cabbar son danışığımızda mənə dedi ki..." — 18 yaşlı şəhidin yas mərasimindən ürəkdağlayan sözlər- VİDEO

"Cabbar son danışığımızda mənə dedi ki..." — 18 yaşlı şəhidin yas mərasimindən ürəkdağlayan sözlər- VİDEO- Cabbar, arxa tərəfə çox getmə, ayağın sürüşər, yıxılarsan.
- Yaxşı, ana.
- Bir az oyna, gəl evə.
- Atamı gözləyirəm, indi gələcək...

*

Saatlıya yaxınlaşdıqca üzərimdə bir ağırlıq hiss edirəm. Sanki nəyinsə vahiməsi məni basır. Bəlkə də gedəcəyim ocağın, evin müqəddəsliyindəndir. Axı hər evə şəhid yetişdirmək, hər ataya şəhid atası olmaq qismət olmur. Kaş heç olmayaydı da...

Soraqlaya-soraqlaya tapırıq. Heydərabad kəndindəyik. Arxın kənarında çadır qurulub. Sanki bu gün hər kəs Heydərabaddandır, hər kəs Cabbardır, hər kəs Firudin kişinin oğludur, hər kəs borcludur. Və hər kəs o borcu vermək üçün bu ocağa üz tutub. O borcu vermək mümkündürmü? Təbii ki, yox. Can borcunu deyirəm.
Firudin kişi yas çadırının qarşısında təskinlikləri, başsağlıqlarını qəbul edir. Heç bəlkə də deyilənləri eşitmir, bəlkə də hələ də nəyin baş verdiyini hiss eləmir. Sadəcə, "Allah sizin də ölənlərinizə rəhmət eləsin" deyib gələnlərə minnətdarlıq edir. Bir gözü də evin qarşısında, yas çadırının qurulduğu yerin düz böyründən keçən arxdadır. Axı Cabbarın uşaqlığı məhz bu arxın kənarlarında, bu söyüdlüklərdə keçib. Bir zamanlar Firudin kişi üçün kölgəlikdən, yaşıllıqdan başqa bir şey olmayan, bu söyüdlər indi daha fərqlidir. Həmin söyüdlərin hər yarpağında, arxın hər qarışında Cabbarın xatirəsi var...

...Nə qədər çətin olsa da, Cabbarın atasından soruşacaqlarımız var...

Deyir ki, Cabbarla bir gün əvvəl danışmışdıq, yaxşı olduğunu demişdi:

"Dedi ki, çox yaxşıyam. Bir ay əvvəl yanına getmişdim. Kökəlmişdi, əmələ gəlmişdi. Kənddə əsas məşğuliyyəti heyvanat idi. İki qızdan sonra bir oğlum olmuşdu. Mən onun əsgərliyə getməyini istəmirdim. Daha doğrusu, bir-iki çağırış sonra getməyini istəyirdim. Özü israr elədi ki, gedib xidmətimi edəcəyəm. Hərbi xidmət hər kəsin borcudur. Cabbarla heç vaxt şəhidlik haqqında danışmazdıq. Amma nədənsə əsgərliyə getməyə çox tələsirdi. İstəyirdi ki, yaşı tez tamam olsun, hərbiyə getsin. Fövqəladə Hallar Nazirliyinin hərbi hissələrindən birində qulluq etmək istəyirdi. Təlimlərdə dörd hədəfin hamısını vurub, mükafat qazanmışdı. Bu yaxınlarda məzuniyyətə gələcəkdi".

Kəndin icra nümayəndəsi Elay Alışlı isə Cabbar Zeynalovu belə xatırlayır. O, həmçinin Firudin kişinin sosial şəbəkələrdə müzakirə edilən fotosu barədə də danışır:

"Rəhmətlik zəhmətkeş idi, təsərrüfata meyilliydi. Kişiyana xarakteri vardı. Mən onunla fəxr edirəm. Şəhidlər ölməz, vətən bölünməz. Kəndimizin dördüncü şəhididir. Dünənə kimi Cabbarı tək bizim kəndimiz tanıyırdısa, bu gün bütün Azərbaycan tanıyır. Aldığımız məlumata görə, bütün rayonlarda yad edilir. Firudin kişi çox kasıb görünə bilər. Amma zəhmətiylə özünə güzəran qurmuş adamdır. Texnikası, mal-qarası var".

Ailənin ağsaqqalı Nazim Rəşidovun dediklərindən:

"Sakit, təmkinli insanlardır. Firudin kişi öz zəhmətiylə dolanan adamdır. Mənim də oğlum hərbi xidmətdədir. Bu yaxınlarda oğlunun yanına getmişdi. Gəldi dedi ki, çox yaxşı baxırlar. Oğlunun yanından çox rahat qayıtmışdı. Allahın qismətidir də. Bu, Saatlı rayonundan 140-cı şəhidimizdir. Cabbar xaraktercə çılğın insan idi. İndiyə qədər Saatlıda belə izdihamlı dəfn olmamışdı. İcra hakimiyyətinin başçısı, rayon prokuroru, DTX-nın əməkdaşları, bütün ictimaiyyət nümayəndələri burada idilər. Bu üç kənddə 5 minə yaxın əhali yaşayır. Həmin əhalinin yarısı burdaydı. Buradan qəbiristanlığa 5 kilometrə yaxın yoldur. Cavan uşaqlar dedilər ki, tabutu piyada aparacağıq və apardılar. Deməli, bu adam böyük şərəf yolu keçib. O buradakı hər kəsə örnək oldu. Gör şəhidlik nə qədər uca zirvədirsə, hər kəs-qoca, cavan, xəstə buradan qəbiristanlığa piyada getdi. Bu, dövlətin bizə, şəhidə olan münasibətidir. Şəhidlər ölmürlər. Allah bizim də günahlarımızı şəhidlərin qanlarına bağışlasın. And içəndə də şəhidin qanına and içirik".

Cabbar Zeynalovun qəbrini ziyarət etmək istədiyimizi deyirik. Həmin an Firudin kişinin üz cizgilərinin necə dəyişdiyini isə sözlərlə izah etmək mümkün deyil. Sanki oğlunun görüşünə tələsir. Elə Cabbarın məzarı başına çatan kimi də torpağa sarılır. Axı indi torpaq onun üçün təkcə ana torpaq deyil, həm də oğul torpaqdır. Oğlunu əmanət etdiyi torpaqdır. ... Sosial şəbəkələrdəki foto haqda soruşmaq istəyirik. Ancaq çox çətindir. Kəkələyə-kəkələyə vermək istədiyim sualı başa düşür. Sonra isə Cabbarın şəhid olmaq xəbərini anlatmağa çalışır:

"Özüm traktorçuyam. Elə həmin paltarla dəfnə qədər hərəkət elədim. İndi mən gedib paltar geyinməyəcəyəm ki. Komissarlıqdan qardaşıma zəng vurmuşdular. Telefonum sönülü idi. Qardaşım gəldi dedi ki, Cabbar yaralanıb. Soruşdum, dedi ki, ayağından yaralanıb. Mən sahədə iş görürdüm. Sonradan bildim ki, Cabbar şəhid olub. Fəxr edirəm ki, uşağım vətən yolunda şəhid olub. Çox istəkli uşaq olub. Onun kimi zirək uşaq bəlkə də bizim nəsildə yox idi. Telefonla danışanda mənə dedi ki, gözlə, özüm gəlib nə iş lazımdırsa, görəcəyəm. Biz ata-bala deyildik, həm də dost idik. Dedi sən yaşlanmısan, əsgərlikdən qayıdım, qalan işləri özüm görəcəyəm. Biz ata-bala olmamışıq. Bu mənimçün həm də dost itkisidir".
Artıq vaxtdır, Bakıya qayıtmalıyıq. Firudin kişi və ailənin yaxın adamları isə öz evlərinə. Amma ayrılmaq istəmir, ayaqlarını sürüyür, ləngiyir. "Biz də sənin oğlunuq" deyirəm. "Allah sizi qorusun" deyib, üzümə baxır. Heç bəlkə də xoşuna gəlmir. Axı bu sözləri deməklə həm də Cabbarın yüksəldiyi zirvəyə "şərik çıxmış" oluram. İnsanın qazanmadığı şeylərə şərik çıxması isə çox pisdir.

Sağollaşırıq. Biz Bakıya, o isə oğlunun xatirələrinin yanına. Həmin arxın qırağına.

*

- Cabbar, arxa tərəfə çox getmə, ayağın sürüşər, yıxılarsan.
- Yaxşı, ana.
- Bir az oyna, gəl evə.
- Atamı gözləyirəm, indi gələcək...

Xəbərlər     Baxılıb: 1528   Tarix: 25 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

həkim məsləhəti makiyaj instagram hamilelikde qidalanma kombinler 2026 yay qadın sağlamlığı sekis biskvitli tort resepti kosmetika dieta uzeyir dolça qoğalın nağlı hakista