Cadu və cadunun ev şəraitində aradan qaldırma yolları

Cadu və cadunun ev şəraitində aradan qaldırma yollarıSehr və ya cadu xəbis niyyətlə, yaxud mənfəət məqsədi ilə me-tafizik qüvvələrdən istifadə etmək deməkdir. Bu güclər bədənə və ruha təsir edə bilirlər. Cadunun hislərlə bağlı olduğunu, əksinə, maddi aləmlə əlaqəsinin olmadığını iddia edənlər onu vahimə, xəyal və qorxudan ibarət psixoloji pozuntu sayırlar. Buna gözbağlayıcılıq və illüziya deyənlər də var.

Cadunun uzun keçmişi vardır. Məsələn, Həzrət İbrahimin peyğəmbər göndərildiyi Babil xalqı cadu ilə məşğul olurmuş. Hindistan yarımadası, qədim Çin və əski mədəniyyətlərdə də cadu bir reallıq kimi mövcudluğunu davam etdirmişdir.

Xüsusilə, Peyğəmbərimizin zamanında cadu yəhudilər arasında geniş yayılmışdı. Yəhudilər Həzrət Süleymanın - haşa - böyük bir sehrbaz olduğunu, hakimiyyət və səltənəti cadu ilə əldə etdiyini, insan və cinlərə cadu ilə hökm etdiyini deyir, özlərinin də bu yolla çox güclü olacaqlarını, həm də başqa qövmlərin içinə qorxu salacaqlarını düşünürdülər. Qurani-Kərim Süleymanın bir peyğəmbər olduğunu bəyan edəndə onlar - haşa - "Məhəmməd Süleymanı peyğəmbər hesab edir, halbuki o, bir cadugərdir", - demişdilər. Haqq-Təala "Bəqərə" surəsinin 102-ci ayəsi ilə onların bu iddialarına cavab vermişdir: "(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların uydurduqlarına uydular. Süleyman kafir olmamışdı, lakin o şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), kafir olmaq- dan çəkinin!" - demədən heç kəsə sehr öyrətmirdilər. Ancaq ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərərli şeyləri öyrənirdilər. Həqiqətən, onlar sehri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarınıbiləydilər!"

Bu ayə Harut və Marut qissəsinin mahiyyətini də açıqlayır. Bəzi Quran təfsirçiləri onların mələk olmadığını, rəmzi və məcazi mənada işlədildiyini desələr də, əksəriyyətin fikrincə, Harut və Marut adlı bu iki mələk Süleyman əleyhissalamın zamanında Babildə insan surətində ortaya çıxmış, pis niyyətlərə və əməllərə alət etməmək şərti ilə sehr elmini insanlara öyrətmiş və insanlar üçün bir sınaq olmuşdur. Tanınmış təfsir alimi Almalılı Həmdi "Haqq dini Quran dili" adlı təfsirində yazır ki, Harut və Marut adlı bu iki mələk sehr öyrətməmiş, amma Babil əhalisi öyrəndikləri əsasında sehrlə məşğul olmağa başlamış və beləcə Qurani-Kərimin bəyan etdiyi kimi küfr işləmiş, inkara sapmışdır.

Cadu əksər alimlərin fikrincə, bir həqiqətdir, yəni vardır. Cadunun bəzi növləri maddi dünyaya təsiri etsə də, bir məqamı unutmamalıyıq: "Cadunun təsir etməsinin cadu edənlə əlaqəsi yoxdur. Cadunun təsirini yaradan Allah-Təaladır. O, istəsə, cadu təsir edər, istəməsə, təsir etməz". Mötəbər mənbələrdən məlumdur ki, Allah Rəsuluna da cadu edilmiş və Haqq-Təala da bir hikmətə görə cadunun təsir etməsinə izin vermişdir. Hadisəni Həzrət Aişə anamızdan dinləyək:

"Peyğəmbərimizin qulluğunda duran bir yəhudi uşağı vardı. Bəni Zurayq qəbiləsindən Ləbid bin Asam adlı yəhudi bu uşağı Peyğəmbərimizin saç tellərini yığmağa məcbur etmişdi. Ləbid bu tellərlə Allah Rəsuluna cadu etdi. Nəhayət, gecələrin birində mənim yanımda olanda dalbadal dua etdi. Sonra mənə dedi:

Ey Aişə! Bir məsələ haqda Allahdan hökm istədim, verdi. İki mələk adam surətində yanıma gəldi. Bunlardan biri başımın üstündə, digəri ayaq tərəfimdə oturdu. Sonra biri o birindən: "Bu adamın xəstəliyi nədir?" - deyə soruşdu. O da: "Cadu edilib", - dedi. "Buna kim cadu edib?" "Ləbid bin Asam?" Sonra: "Bu cadu nə ilə edilib?" - deyə soruşdu.

O da:

- Bir daraq, bir saç tükü və erkək xurmanın qurumuş çiçəyi ilə,- deyə cavab verdi".

Sonra Həzrət Aişə anamız Allah Rəsulunun bir neçə nəfərlə həmin quyuya getdiyini və: "Quyunun suyu xına suyu kimi qırmızımtıldır, yaxud ətrafındakı xurma ağacının ucları şeytanların başı kimidir,"- buyurduğunu söyləyir".[1]

Peyğəmbərimiz darağa sarılıb quyunun içinə atılmış mübarək saç telləri daraqdan açıldıqca rahatlamışdır. Bu hadisədən sonra Allah-Təala "Fələq" ilə "Nas" surələrini nazil etmişdir.

Rəsuli-Əkrəm (s.ə.s) sehr haqqında belə buyurmuşdur:

- "(Fərdləri və cəmiyyəti) məhv edən yeddi şeydən çəkinin." Səhabeyi-kiram:

− Bunlar nələrdir, ey Allahın Rəsulu? - deyə soruşdu.

"Allaha ortaq qoşmaq, sehr, haqsız olaraq Allahın haram qıldığı cana qıymaq, faiz yemək, yetim malı yemək, hərb meydanında düşmənə arxa çevirmək (döyüşdən qaçmaq), mömin, xəbərsiz, namuslu qadınlara iftira etmək."[2]

Cadunun hökmü

Cadu başqalarına zərər vermək məqsədi güddüyündən bir əməl kimi insanı dindən çıxarır. Qurani-Kərim cadu edənlərin nicat tapmayacağını bildirir. Hətta iki adamın arasını düzəltmək kimi hallarda belə cadudan faydalanmaq günahdır. Çünki cadu etmək kəbairdən (böyük günahlar) sayılmışdır.

İslam dini sehri inkar etməmiş, lakin qadağan etmişdir.

Sehr etiqadı pozduğu, tövhid inancına zərər verdiyi, nəzarəti mümkün olmadığı üçün çirkin yollara istifadə edildiyi və aldatma, iğfal, zərər vermə vasitəsi olduğu üçün haram qılınmış, sehrbazların mətləblərinə çata bilməyəcəyi ifadə edilmişdir. (Taha, 20/69)

Cadudan necə qorunmaq olar?

Allah Rəsulu hər gecə yatmağa hazırlaşanda əlini açaraq birləşdirər, "İxlas", "Fələq" və "Nas" surələrini oxuyub əllərinin içinə üfürər, sonra da başından və üzündən başlayaraq üç dəfə bütün vücuduna əlinin çatdığı qədər çəkər, ondan sonra yatardı. Həzrət Aişə anamız Peyğəmbərimiz bunu hər gecə üç dəfə etdiyini deyir. Əslində, yatmadan öncə bu cür dua etmək iradəmizin bir az da əlimizdə olmadığı yuxuda Allah-Təalaya sığınmaq deməkdir.

Peyğəmbərimiz ona cadu edildiyini biləndə bu surələri oxuyaraq Haqq-Təalaya sığınmışdır. Əllərini açıb birləşdirmiş, "İxlas", "Fələq" və "Nas" surələrini oxuyaraq ovcuna üfürmüş və başdan ayağacan bütün bədəninə çəkmişdir. Rəvayət edildiyinə görə, Peyğəmbərimiz bunu on bir dəfə etmiş, hər dəfə də bir düyünün açıldığını hiss edərək rahatlaşmışdır.

Dolayısilə, bu cür vəziyyətə düşənlər "İxlas", "Fələq" və "Nas" surələrini on bir dəfə oxumalı və Peyğəmbərimiz kimi etməlidir. Bundan savayı, "Fatihə" surəsini, "Ayətül-Kürsi"ni və Allah Rəsulundan nəql edilən duaları da oxuyub Allahdan şəfa diləmək olar.

Xəbərlər     Baxılıb: 4265   Tarix: 17 dekabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

turlar.az

geyim necə seçməli kosmetik vasiteler yay geyimləri 2026 plov reseptləri imam sadiq sonsuzluq mimoza salatinin hazirlanma qaydasi kosmetika englishdilində qulaq novruz pizza veten haqqinda bayatilar rus dilini öyrənək