Çayın qatqısız olduğunu necə anlaya bilərik? TÖVSİYƏLƏR

Çayın qatqısız olduğunu necə anlaya bilərik? TÖVSİYƏLƏRAzərbaycan dünyada ən çox çay içilən ölkələrdən biri sayılır. Bizim süfrəmizi çay dəstgahı olmadan təsəvvür etmək mümkün deyil, çay dəmlənməsi, içilməsi isə əsl mədəniyyətə çevrilib.
Evimizə gələn qonağa ən azı bir stəkan çay təklif edilməsi, elçilik zamanı şirin çay təklif edilməsi, bir çox çətin məsələlərin məhz çay süfrəsi arxasında həll edilməsi isə xalqımızın çaya münasibətini göstərir.
Amma son zamanlar bir çox sahələrdə olduğu kimi, içdiyimiz çaydan da şikayətlər var. Çox zaman istehlakçılar çayın keyfiyyətindən, dadından, qoxusundan və rəngindən narazı qalırlar. Çay çox qoxulu və rənglidirsə, mütləq əlavə qarışıqlarının olduğu düşünülür.
Bəs içdiyimiz çayın qatqısız olduğunu necə anlaya bilərik?
Qida mühəndisi Samir Quliyev öncə çayın insan orqanizminə xeyrindən danışaraq, çayın tərkibində 300-ə yaxın birləşmə və maddə olduğunu bildirir. Onun sözlərinə görə, çayın keyfiyyətini itirməməsi üçün onu quru yerdə saxlamaq lazımdır: "Çay iş qabiliyyətini artırır, gümrahlaşdırır, təzyiqi stabilləşdirir. Gərgin iş saatlarında bir stəkan çay içmək beyni rahatlaşdırır".
S.Quliyev qeyd edib ki, çayın keyfiyyəti ən əsas onun qoxusu ilə özünü büruzə verir.
"Çay alarkən onu qoxulayın. Çayın qoxusu yüngüldürsə, narahat etmirsə, aldığınız yaxşı çaydır. Əgər çaydan sərt, kəskin qoxu gəlirsə, ona müxtəlif dadlandırıcılar və qarışıqlar qarışdırılmış ola bilər", - deyən ekspert əlavə edib ki, çay yarpaqlarının böyüklüyü və rəngi də onun keyfiyyətinin xəbərçisidir. Belə ki, əgər çay yarpaqlarının boyu eynidirsə və tünd rəngdədirsə çay keyfiyyətlidir.
Eyni zamanda keyfiyyətli çayın içində çay tozu və digər maddələr olmamalıdır. Məsələn, bəzən çay alarkən onun dibində çox narın şəkildə çay tozu aşkar edirik. Buna diqqət yetirmək lazımdır.
Çay yarpaqları qıvrımdırsa çay keyfiyyətlidir. Düz yarpaqlar keyfiyyətinin aşağı olmasını göstərir. Ən keyfiyyətli çayın yarpaqları qıvrım, parlaq və bükük olur: "Çayın keyfiyyətini yoxlamaq üçün ağ bir salfet üzərinə tökün. Yaxşı çayın yarpaqları eyni olmalıdır".
Bundan başqa, çayın keyfiyyətini su ilə də yoxlamaq olar.
Mütəxəssis qeyd edir ki, adi istehlakçının çayın keyfiyyətini mağazadan alan zaman dərhal müəyyən etməsi çox çətindir. Bunu ancaq dəmləyərkən müəyyən etmək olur. Belə ki, saxta çayın dəmi də, görüntüsü də yaxşı olmur.
Onun sözlərinə görə, çayın tərkibinə qatılan qatqılar sağlamlıq üçün təhlükəli ola və qan-damar xəstəliklərinə yol aça bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1869   Tarix: 25 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

yemek reseptleri qaşların formalari geyim və ayaqqabılar etiraflar sərxan kərəmoğlu ev dekorasiyası hamiləlikdə axıntı kosmetika burcler haqqinda efsane haxisdalar nizami gəncəvi kurtlar vadisi