Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək
Xurma qidalı dəyəri yüksək olan meyvələrdən biridir və sağlamlıq üçün bir çox faydaları mövcuddur.
Milli.Az xəbər verir ki, xurma vitamin və minerallarla zəngin olmaqla yanaşı, enerjini artıran və immuniteti gücləndirən xüsusiyyətlərə malikdir. Xurma, xüsusilə təbii şəkər mənbəyi kimi enerji verir, yorğunluq və halsızlıq hissini azaldır.
Xurmanın tərkibindəki liflər həzm sistemini yaxşılaşdırır, qəbizlik probleminin qarşısını alır və bağırsaq fəaliyyətini tənzimləyir. Tərkibində olan maqnezium və kalsium sümük sağlamlığını dəstəkləyir, dəmir isə qan azlığı riskini azaldır. Antioksidantlarla zəngin olduğu üçün xurma ürək-damar xəstəlikləri riskini azalda, iltihabları azalda və hüceyrələrin yaşlanmasının qarşısını ala bilər. Bundan əlavə, beyin funksiyalarını dəstəkləməkdə də əhəmiyyətli rolu var.
Xurma həmçinin diyetlərdə faydalıdır, çünki tərkibində təbii şəkər olduğu üçün şirniyyat əvəzinə istifadə edilə bilər. Ancaq yüksək kalorili olduğu üçün həddindən artıq istehlakından çəkinmək tövsiyə edilir.
İsmayıl
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Tahinin əsas faydaları
Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
Yerimək üçün çox darıxmışam
Ayça Bingöl "Aşk və Taxt" serialının heyətinə qoşuldu
Məşhur müğənni 7-ci dəfə evləndi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi