CƏBHƏDƏN TƏCİLİ XƏBƏR: "Xankəndidə ağır yaralılar ölənlər var…"

CƏBHƏDƏN TƏCİLİ XƏBƏR: "Xankəndidə ağır yaralılar ölənlər var…""Azərbaycan ərazilərini işğal edən və hazırda orada bizə qarşı döyüşən Ermənistan silahlı qüvvələridir. Ermənistan əhalisi isə istəmir ki, onların övladları başqa bir dövlətin ərazisində həlak olsunlar".

Xanim.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov ordumuzun son günlər Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinə vurduğu zərbələrin nəticələrini və ermənilərin itkilərinin sayını gizlətməyə çalışmasını şərh edərkən deyib.

Polkovnik hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz itkilərinin sayını həmişə gizlədib: "Əvvəlcə onları itkin kimi qələmə verirlər, sonra isə əgər haradasa məlumat sızsa, onda don geyindirib məsələni başqa cür təqdim edirlər. Bəzi erməni mənbələrinin məlumatlarına görə, Xankəndidə hospitallarda yaralılar çoxdur, ölənlər var, hətta bəzi ağır yaralıları Ermənistana aparırlar. Ordu rəhbərliyi isə itkilərin sayını gizlədir, heç bir açıqlama vermir. Onların itkilərinin sayını dəqiq deyə bilmərəm, ancaq Ermənistan cəmiyyətindəki narahatlıq göstərir ki, ölən və yaralananların sayı rəsmi olaraq göstəriləndən qat-qat çoxdur".

Hərbi ekspertin fikrincə, Ermənistanda rəhbərlikdən tutmuş adi vətəndaşa kimi hamı bilir ki, Azərbaycan dövləti heç vaxt işğal faktı ilə razılaşmayacaq və Dağlıq Qarabağ da daxil olmaqla o torpaqlar gec-tez azad olunacaq: "Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də deyib ki, əgər məsələni sülh yolu ilə həll edə bilməsək, torpaqlarımızı başqa yolla qaytaracağıq. Başqa yol da o deməkdir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal edən silahlı qüvvələri məhv olunacaq və ermənilər böyük itkilər verəcəklər. Ona görə də erməni əsgərlərinin valideynləri, zabitlərin ailələri həmişə qorxu içindədirlər. Azərbaycan ordusunun güdrəti, iqtisadi gücü, insan resursları, müdafiə sənayesi barədə Ermənistanda məlumatlıdırlar və bilirlər ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün bunlardan istifadə edəcək. Aprel döyüşləri də göstərdi ki, Azərbaycan xalqı Qarabağ məsələsində ali baş komandanın ətrafında bir nəfər kimi birləşib və bu problemi günü bu gün güc yolu ilə həll etməyə hazırdır".

Ş.Ramaldanovun fikrincə, cəbhədə erməni təxribatlarının arxasında konkret planlar durur: "Erməni tərəfi aprel ayında itirilmiş mövqeləri hələ ötən ilin payız aylarından gec olmayaraq qaytarmağa söz vermişdi. Təbii ki, bu, onlarda alınmadı. Bunun qarşılığında payız aylarından bəri çoxlu sayda təxribatlar törətməyə çalışırlar. Amma onların qarşısı alınır və ermənilər çoxlu itkilər verirlər. Ermənistan ordusunun rəhbərliyi dəyişəndən sonra onlar bir az da aktivləşiblər. Son günlərdə isə ermənilər bizim zəif yerlərimizi tapıb, həmin istiqamətdə hansısa bir ərazini ələ keçirmək və Ermənistan ordusunun nəyə "qadir olduğunu" göstərmək istəyirlər. Lakin bizim zabit və əsgərlərimiz yerlərdə ayıq-sayıqdırlar və öz vəzifə borclarını yaxşı bilirlər. Ona görə də hər hansı istiqamətdə ermənilərin törətdikləri təxribat-diversiya hərəkətləri işə yaramır. Təbii ki, həmin diversiya qruplarının arxasında onların fəaliyyətinin nəticəsini gözləyən daha böyük qüvvələr var. Onlar da bu uğursuzluqdan məyus olurlar".

Polkovnikin qənaətincə, əgər Azərbaycan tərəfi hücuma keçsə, bu, ermənilər üçün faciəli sonluqla nəticələnəcək: "Müdafiə naziri Zakir Həsənov da bildirmişdi ki, biz Ermənistanın hər bir təxribatına onqat cavab verəcəyik. Ona görə də bizim Silahlı Qüvvələrin rəhbərliyi ermənilərin atacağı addımları əvvəlcədən öyrənib atəş vasitələri ilə bu təxribatların qarşısını alır. Bu isə Azərbaycan Ordusunun bugünkü gücünün, döyüş hazırlığının səviyyəsini göstərir. Düşmənə ardıcıl zərbələr endirilməsində də məqsəd ilk növbədə onların əməllərinin cavabsız qalmayacağı mesajını vermək və gələcəkdə növbəti təxribat fikirlərindən yayındırmaqdır. Aprel ayında da belə olmuşdu. Ermənistan ordusunun birləşmələri yaşayış məntəqələrimizi atəşə tutur, dinc sakinləri narahat edir, ardıcıl təxribatlar törədirdi. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin qarşısında yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün erməni mövqelərini məhv etmək tapşırığı qoyuldu. Onlar da buna nail oldular. Azərbaycan dövlətinin məqsədi bir daha həm bütün dünyaya, həm də Ermənistana, işğalçı qüvvələrə öz gücünü nümayiş etdirmək, eyni zamanda işğalçıların torpaqlarımızı xoşluqla azad etmək istəməmələrinin hansı faciələrə gətirib çıxara biləcəyini göstərməkdir. Azərbaycan Ordusu hələ ki, hücuma keçməyib. Amma biz torpaqlarımızı güc yolu ilə azad etməyə başlasaq, nəinki Xankəndi və İrəvandakı hospitallarda, ermənilər bütün tibb məntəqələrində ölülərini və yaralılarını yerləşdirməyə yer tapmayacaqlar".

Xəbərlər     Baxılıb: 2695   Tarix: 14 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

geyim dəbləri yay kolleksiyasi geyim şəkilləri hind geyimləri zirincin faydaları dadlı yemək evde manikur nece edilir kosmetika bayati aybawi maska qadin.az atalar sözləri