Cəmi 3 sualla Alsheymer xəstəliyini aşkar et
Yapon alimləri ən ciddi beyin xəstəliklərindən olan Alsheymerin aşkarlanması üçün diaqnostikada kömək olan 3 sualı təyin ediblər.
Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, koqnitiv düşüyün başlandığını xəstəyə bu sualları verməklə təxmin etmək olar:
1. İnsan səbəbsiz təşviş və narahatlıq keçirirmi?
2. Sonuncu dəfə nəyə sevinib?
3. Hansı xəbərlər onun diqqətini cəlb edir?
Bu metod 107 xəstə və 47 sağlam könüllü üzərində sınanıb.
Cavablar alındıqdan sonra beynin skanı edilib.
Məlum olub ki, insanın sevinməməsi, niyə sevinmədiyini ətraflı izah etməsi və gündəlik xəbərlərə marağının olmaması Alsheymer xəstəliyinin ilkin mərhələsinin əlamətləri ola bilər.
Eləcə də uzaq keçmişdə olan hadisə və məlumatların unudulması siqnal hesab edilir.
Alimlərin fikrincə 3 sual metodu birincili diaqnostika üçün vacib ola bilər.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi