Cəsədi tapılan alpinistimiz şəhid ailəsi imiş - FOTO

Cəsədi tapılan alpinistimiz şəhid ailəsi imiş - FOTOQuba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən Babur Hüseynovun meyiti Astara rayonuna aparılır.

BiG.AZ-ın məlumatına görə, onun ailə üzvləri artıq Bakıdan Astara rayonuna yola düşüb.

B.Hüseynovun dayısı Rafiq Hüseynov "Report"a bildirib ki, bacısı Gülxanım Hüseynova və yaxın qohumları dəfn üçün Astara rayonuna gedir. O deyib ki, B.Hüseynov itkin düşənə qədər anası ilə birgə Bakıda yeznəsi, şəhid polis serjantının evində qalırmış: "Onun yeznəsi bir neçə il əvvəl əməliyyat zamanı şəhid olub. Sonra Babur və anası da onlarda qaldı. Bacım Gülxanım Hüseynovanın ürəyində ciddi problemlər var. Bir neçə aydır ki, o, ürəyindən müalicə olunur".

R.Hüseynov söyləyib ki, B.Hüseynovun atası Vaqif Hüseynov da bir neçə il bundan əvvəl dünyasını dəyişib: "Vaqif Hüseynov da Astara rayonunda dəfn edilib. Babur da rayonda onun dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırlacaq".

B.Hüseynovun dayısı bacısı oğlunun çox savadlı olduğunu, daim mütaliə etdiyi qeyd edib: "Rəhmətlik hər gün işdən gələndən sonra otağına çəkilərək kitab oxuyardı. Daim savadını artırmaq üçün çalışardı. Daha sonra o, Daxili İşlər orqanlarına müraciət etdi və polis kimi çalışmağa başladı. Babur alpinizmi də çox sevirdi. Həmişə uca dağların zirvələrinə qalxıb, üçrəngli bayrağımızı dalğalandırardı. Yəqin ki, bunu onun şəkillərində də görmüsüz".

Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Cəsədi tapılan alpinistimiz şəhid ailəsi imiş - FOTO

Xəbərlər     Baxılıb: 2257   Tarix: 17 may 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

hamilelikde qidalanma makiyaj etmek qaydalari maskalar azərbaycan haqda gənc qalmağın sirləri saç hörükləri infarkt elametleri kosmetika burcler haqqinda zehmet ve zinet cantalar hakışta atalar sözləri