Çia toxumunun faydaları

Çia toxumunun faydalarıÇia toxumları (salvia hispanica) sağlam qidalardan biri olduğu üçün son illərdə ən çox tələbat yaranan bitkiyə çevrilmişdir. Asanlıqla həzm olunan və reseptlərə əlavə olunan çox yönlü tərkib hissəsinə malikdir. Kiçik ölçülü olmasına baxmayaraq, Çia toxumları antioksidantlar, Omeqa-3 yağ turşuları, lif, dəmir, kalsium, fosfor, maqnezium, manqan, mis, sink və niasin kimi və s. vacib minerallarla zəngindir. Təxminən 2 xörək qaşığı Çia toxumunun tərkibində 139 kalori, 4 qram protein, 9 qram yağ, 12 qram karbohidrat və 11 qram lif, həmçinin vitamin və minerallar var. Çia toxumları Çia bitkisindən alınan kiçik qara toxumlardır. Bu bitki Meksikanın mərkəzində və cənubunda bitir.
Milli.Az foodinfo.az-a istinadən xəbər verir ki, Çia mayya dilində "güc" deməkdir və onun toxumları yüksək kaloriyə malik olduğu üçün "idmançıların qidası" kimi tanınır. Bu toxumun faydalarını saymaqla bitmir.
Çia toxumunun faydaları
Çia toxumlarının bəzi faydaları bunlardır:
Toxluq hissi yaradırDərini qoruyur
Yaşlanmanı ləngidir
Sümükləri möhkəmləndirir
Xərçəng əleyhinə effektlidir
Omeqa-3 yağ turşuları infarkt və insultdan qoruyan xolesterolun HDL(yaxşı xolesterol) fraksiyasının yüksəlməsinə kömək edir. Çia toxumları bitki əsaslı protein mənbələri arasında ən yüksək yerdədir. Bu super toxumun əzələ yağını yandırmaq, piy toxumasını parçalamaq və qan şəkərinin səviyyəsini sabitləşdirmək kimi xüsusi üstünlükləri vardır. Çia toxumlarını unikal edən xüsusiyyətlərdən biri də öz çəkisindən 10 qat artıq su udmasıdır. Buna görə də, Çia toxumları nəmləndirməni uzadır və elektrolitlərin və qida maddələrinin udulmasını artırır. Bu həm də həzm prosesini ləngidir, insanı daha uzun müddət tox saxlayır və orqanizmin şəkərə tələbatını azaldır. Çia toxumlarının tərkibində yüksək miqdarda sink olduğuna görə, orqanizmin viruslara qarşı müqavimətini artırır. Formada olmaq və aclığa qarşı dözümlüyü artırmaq üçün bu toxumlardan qida mənbəyi kimi istifadə etmək çox məsləhətlidir.
Hal-hazırda tədqiqatçılar Çia toxumlarında təbii antioksidantların konsentrasiyasının iki dəfə çox olduğunu bildirirlər. Bu antioksidantların effekti sərbəst radikalların 70 faizinə qədər fəaliyyətinə maneə törətdiyi aşkar edilmişdir. Araşdırmalar sübut edir ki, Çia toxumları yüksək antioksidant tərkibli qidalardan biridir. Antioksidantlar dərinin regenerasiya sistemlərini sürətləndirir və daha çox zədələnməsinin qarşısını alır. Çia toxumlarının qəbulu iltihab və sərbəst radikalların orqanizmi zədələməsi səbəbindən vaxtından əvvəl başlayan qocalmanın da qarşısını ala bilər.
Çia toxumunun tərkibi
Çia toxumlarının tərkibi lif baxımından çox yüksəkdir. İki xörək qaşığı Çia toxumu təxminən 11 qram lif ehtiyatına malikdir. Amerika Pəhriz Assosiasiyasına görə, bir porsiya Çia toxumu tövsiyə olunan gündəlik lif qəbulunu təmin edə bilər. Lif orqanizmin insulin səviyyələrini tarazlaşdırmaq üçün lazımdır. Çia toxumlarının yüksək lif tərkibi bağırsaqların və nəcisin tənzimlənməsi üçün faydaları var. Bu toxumlarının zəngin lif tərkibi insanların özünü daha enerjili hiss etməsinə kömək edir, çünki onlar əhəmiyyətli miqdarda suyu udur və yeyildikdə dərhal mədədə genişlənir. Həmçinin, Çia toxumu qəbul etdikdə mədədə jelatinə bənzər bir maddə əmələ gətirir. Bu geli əmələ gətirən təsir Çia toxumlarında həll olunan liflə bağlıdır və bağırsaqda probiotiklərin inkişafına təsir edir. Eyni zamanda bir prebiotik kimi effektlidir.
Çia toxumunun farmakoloji təsirləri
Çia toxumları xolesterin əleyhinə təsir göstərir. Çia toxumlarının iltihabı aradan qaldırmaq, xolesterolu tənzimləmək və qan təzyiqini aşağı salmaq qabiliyyəti ürək sağlamlığı üçün son dərəcə faydalıdır. Həmçinin, oksidləşdirici stressi aradan qaldırır. Müntəzəm olaraq Çia toxumu qəbul etdikdə, orqanizmdə ateroskleroz artma ehtimalı azalır. Çia toxumlarının(salvia hispanica) tərkibində çox yüksək olan linoleik turşusu, bədəndə yağda həll olan A, D, E və K vitaminlərini mənimsəməyə kömək edən vasitədir. Kiçik bir toxumda sağlam yağlar olduqca yüksəkdir və qızılbalıqda olandan daha çox Omeqa-3 vardır. Omeqa-3 qan təzyiqini, pis xolesterolu və iltihabı azaltmaqla ürəyi qoruyur. İki xörək qaşığı Çia toxumunda gündəlik tövsiyə olunan kalsiumun təxminən 18%-i var. Kalsium sümük sağlamlığı üçün vacibdir. Beləliklə, sümük gücünü və kütləsini qorumağa kömək edir. Çia toxumunun tərkibində sümük sağlamlığı üçün başqa bir vacib qida maddəsi olan bor da var. Bor sümüklərin və əzələlərin sağlam inkişafı üçün kalsium, maqnezium, manqan və fosforun metabolizminə kömək edir. Çia toxumları həmçinin xərçəng əleyhinə də təsir göstərir.
Çia toxumları omeqa-3 yağ turşusu olan alfa lipoik turşusu (və ya ALA) ilə zəngindir. 2013-cü ildə Journal of Molecular Biochemistry, ALA-nın həm döş, həm də uşaqlıq boynu xərçəngində bəd xassəli şiş hüceyrələrinin böyüməsini məhdudlaşdırdığı aşkar edilmişdir. Beləliklə, Çia toxumları xərçənglə mübarizə aparan qidalardan biri kimi istifadə edilə bilər. Çia toxumlarının qəbulu zehni sağlamlığı dəstəkləyir və beyindəki neyrotransmitterlərin (serotonin və dopamin) səviyyəsini yüksəldir və beyin hüceyrələrinə daha çox enerji verir.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1544   Tarix: 08 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

geyim dəbləri aksessuarlar geymler 2026 gecəliklər elm haqqinda atalar sözləri qanda viruslar sudun terkibi kosmetika ikizler maraqli hakistalar laylalar aybawi sevda