Çindən Ankaraya gətirilən Azərbaycan vətəndaşları üçün karantin mərhələsi başlayıb
Koronavirus təhlükəsi ilə əlaqədar Çinin Uhan şəhərindən təxliyyə olunan 6 Azərbaycan vətəndaşı üçün karantin mərhələsi başlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan vətəndaşları Ankara Zəkai Tahir Burak Qadın Xəstəlikləri və Araşdırma Xəstəxanasında 14 gün müddətində karantin şəraitində saxlanacaq.
Beləliklə, 14 gün ərzində 3 gündən bir müayinə edilən həmin şəxslər üçün təkadamlıq otaqlar ayrılıb. Xəstəxanadakı tibbi heyət və hətta xəstəxananı mühafizə edənlər belə xüsusi geyim və maskalarla təmin olunub.
Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, səfirlik vətəndaşlarımızın vəziyyətini nəzarətdə saxlayır.
Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 21.12-də Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin "Koca Yusuf" ambulans-təyarəsi Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində "Koca Yusuf" sərnişinləri və təyyarədəki 20 heyət üzvü xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.
Çindən təxliyə olunanl şəxslərin heç birində koronavirus (2019-nCoV) ölümcül virus aşkarlanmayıb.
Milli.Az /news.milli.az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
Elgiz yeni verilişinin tarixini açıqladı
Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO
Yuxusuz qalanlar bunu mütləq bilməlidir
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir