Cinsi bilgilər uşağa necə çatdırılmalıdır ? - Psixoloq izah edir

Cinsi bilgilər uşağa necə çatdırılmalıdır ? - Psixoloq izah edirUşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrinbdən biridir. Amma son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir.
Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar. Onları yad adamlar aldadaraq aparır, cinsi zorakılığa, şiddətə məruz qoyurlar, yaxud özləri azaraq günlərlə ac-susuz, tənha qalmalı olurlar. Bəs görəsən uşaqlara necə nəzarət etmək lazımdır? Onları kimlərəsə etibar etmək olarmı? Valideynlər bu məsuliyyəti necə yerinə yetirirlər? Ümumiyyətlə, uşağa hansı yaşdan etibarən özünü qoruma vərdişləri aşılanmalıdır?
Milli.Az medicina.az-a istinadən bildirir ki, bütün bu suallarla bağlı psixoloq Vəfa Əkbər bildirdi ki, indiki uşaqlar çox aktivdirlər və onları nə iləsə təəccübləndirmək, marağını cəlb etmək çox çətindir. Onlar daim axtarışdadır. Bunu isə valideynlər mütləq bilməlidir:
"Valideyn bilməlidir ki, uşağı hara gedə bilər, maraqları necədir, itərsə, harada tapmaq olar. Buna görə də bu barədə uşaq daim maariflənməlidir ki, itəndə nə etmək lazımdır. Onun ciblərinə ananın, yaxud atanın mobil telefon nömrəsini, ev ünvanını yazaraq qoymaq olar ki, kimsə taparsa, tez bir zamanda o öz ailəsinə qovuşsun. 3 yaşdan yuxarı uşaqlara isə kim olduğunu, harada yaşadığını öyrətmək lazımdır. Bəzi valideynlərin diqqətsizliyindən müəyyən hadisələr baş verir. Amma bəzən də valideyn diqqətli olsa belə, uşaq o qədər aktiv, hiperaktiv olur ki, onlara nəzarət etmək xüsusilə çətin olur"
Psixoloqun sözlərinə görə, uşağı kiməsə etibar etməzdən əvvəl onu normal formalaşdırmaq lazımdır ki, öz hüquqlarını bilsin: "Uşaq kimdən nə istədiyini, necə istəmək lazım olduğunu bilməlidir ki, haqlarını qoruya bilsin, özünü əzdirməsin, müdafiə etməyi bacarsın. Bunları uşağa öyrətdikdən sonra onları kiməsə etibar etmək olar. Nənəyə, babaya. Bizdə mental dəyərlər var - uşağı hansısa qohuma, qonşuya əmanət edirlər. Uşaq orada zorakılıq, şiddət görə bilər. Hətta uşaq bəzən həmin ailələrdə ailədaxili problemlərin qurbanına çevrilir. O, psixoloji travma alır ki, bu da gələcəkdə ona böyük problemlər yarada bilər. Əgər uşağa özünü müdafiə etməyi, hüquqlarını aşılaya bilmişiksə, onu əmanət edə bilərik. Amma körpə uşaqları mümkün qədər valideynin heç kimə etibar etməməsi məsləhətdir".
Cinsi bilgilər necə və neçə yaşından verilməlidir sualını cavablandıran psixoloq V.Əkbər bildirdi ki, bu cür bilikləri uşaqlara 3 yaşından etibarən vermək lazımdır:
"Uşaq 3 yaşından etibarən artıq anlayır ki, qadın-kişi fərqlənir. Adətən bağçalarda müşahidə edilir ki, uşaqlar bir-birinin alt paltarına baxırlar ki, bu oğlan paltarıdır, bu qız. Dediyim kimi, 3 yaşından uşaqlarda eqo formalaşır. Onlara bu bilgiləri aşılamaq lazımdır. Uşağın hansı cinsiyyətə aid olmasını, müəyyən bioloji faktorları başa salmaq lazımdır. Amma uşağın öz dilində, hansısa nağıl, yaxud cizgi filmi dilində olsun ki, başa düşə bilsin. Onun arxasınca etik normativlər gəlir. Misal üçün, nələri etməliyik, yaxud nələri etməməliyik. Bu məqamda isə valideyn özü nümunə rolu oynamalıdır ki, uşaq da ona baxıb bu davranışları qavrasın. Valideyn özü bu qaydalara əməl etmirsə, məsələn, ictimai yerlərdə hansısa lazımsız ifadələr işlədirsə və ya ictimai yerdə heç çəkinmədən paltarını dəyişirsə, uşaq da təbii ki, bunlara əməl etməyəcək".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1885   Tarix: 13 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geymler 2026 geyim seçimi qaşların formalari displaziya geyim necə seçməli sandal ayaqqabilar balaca qablarda keks kosmetika sirin qogal həmidə nağıllar azerb clpaq qadinlari 8 mart