Cinsi əlaqə zamanı ağrı hansı xəstəliklərə işarədir?Tibbi Məlumat

Cinsi əlaqə zamanı ağrı hansı xəstəliklərə işarədir?Tibbi MəlumatAraşdırmalar göstərir ki, hər 10 qadından 1-i cinsi əlaqə zamanı ağrı hissi yaşayır. Bu ağrılar şiddətli olanda qadın ya cinsi həyatdan soyuyur, ya da əri ilə aralarında problemlər yaranır.

Mütəxəsislər bildirirlər ki, ağrıların səbəbi bəzən psixoloji olsa da, bəzi ağrılar xəstəliklərin işarəti ola bilər.

Türkiyənin məşhur qadın Doktorlarından Süleyman Eserdağ bütün qadınları maraqlandıran məıumatlar verib. Qadin.az Türkiyə mətbuatına istinadən həmin məlumatları sizinlə bölüşür:

"Cinsi əlaqə zamanı ağrı, yanğı kimi problemlər tibb dilində "disparoni" adlandırılır. Cinsi əlaqə ağrısının müalicəsi mümkündür. Ancaq əvvəlcə ağrının qaynağı müəyyənləşdirilməlidir".

Süleyman Eserdağ ağrılar arasındakı fərqlərdən bəhs edərək, hansı ağrının hansı xəstəliyin işarəti olduğuna aydınlıq gətirib:

"Bu ağrıları bəzi qadınlar sadəcə vaginada, digərləri isə daha dərində - qasıq bölgəsində hiss edilir.

Seks zamanı qasıq bölgəsində hiss edilən ağrıların səbəbi yumurtalıq kistası, uşaqlıq və ya yumurtalıqdakı iltihab, sidik kisəsi infeksiyaları, şiş kimi xəstəliklərə işarət ola bilər. Əgər cinsi əlaqə zamanı ağrı hiss edən qadın həm də aybaşı zamanı şiddətli ağrıdan şikayət edirsə, onda "endometrioz" adlı xəstəlik ola bilər.

Körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən analar daha sonra cinsi əlaqə zamanı ağrı hiss edə bilərlər.

Həmçinin vağına daraltma əməliyyatları, sidik kisəsinin əməliyyatları da seks zamanı ağrı hissinin baş verməsinə səbəb olur.

Vaginada hiss edilən ağrı isə genital infeksiyalar və ziyillər, vağına infeksiyaları (göbələk, trikomonas), vaginada yaranan kista problemlərindən şübhələnməyə əsas verir.

Qızlıq pərdəsinin qalın olması və ilk cinsi əlaqə zamanı tam olaraq aradan qalxmaması da sevişərkən qadının ağrı hiss etməsinə səbəb ola bilər.

Klimaks dövründə olan qadınlarla körpə əmizdirən analarda estrogen hormonu az olduğu üçün vağına quru olur. Bu isə cinsi əlaqə zamanı qadının ağrı hiss etməsi ilə nəticələnir".

Doktor bəzi psixoloji səbəblərdən yaranan ağrılardan da danışıb:

"Vaginizm, cinsi həyat təcrübəsizliyi, partnyora qarşı olan mənfi düşüncələr və kin, evlilikdəki problemlər, stress kimi səbəblər vaginanın quru qalmasına səbəb olur ki, bu da cinsi əlaqə zamanı ağrıya gətirib çıxarır.

Vaginizm bir çox qadının problemidir, ancaq bir həftəyə bu problemdən xilas olmaq mümkündür. Bu zaman doktorla psixoloq əməkdaşlıq etməlidir. Ancaq digər psixoloji səbəblər psixoloqlar tərəfindən müalicə oluna bilər".

Xəbərlər     Baxılıb: 9121   Tarix: 10 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

kosmetoloq qaşların formalari yay kolleksiyasi yaglarin faydasi xinayaxdi bayati makiyaj gözəl qadin kosmetika masturbasiya nedir haxista burcler haqqinda arxadan olmaq baliq