Cinsi əlaqə zamanı bu əlamətlər stressə səbəb olur

Cinsi əlaqə zamanı bu əlamətlər stressə səbəb olurDaimi və xoşbəxt bir seks həyatının ruh və bədən sağlamlığı baxımından nə qədər faydalı olduğu hamıya məlumdur. Ən əhəmiyyətlisi isə odur ki, cütlüklər sevişərkən stress atır, zövq alır və verirlər. Halbuki bəzən ən həyəcanlı anlarda kiçik çətinliklər və komplekslər zövq almağa maneə törədərək stressə salır. Stress qaynaqları və bunlardan xilas olmağın yollarını təqdim edirik:

"Aman Allah, məni çılpaq görəcək" qorxusu
Həqiqətən də əlaqənin başlanğıcında qadınların çılpaq bədənlərini partnyorlarına göstərməyi asan olmaya bilər. Cütlüklər bir-birlərini tanımağa başlayarkən qadınların çılpaq görünməkdən çəkinmələri gərginlik yarada bilər. Sevişərkən ağlınızda sizi narahat edən selülitləriniz, bir gecə əvvəl yediyiniz şirniyyatın qarın bölgənizdə yaratdığı qabarıqlığın verdiyi çətinlik sevişərkən aldığınız və verdiyiniz zövqə mənfi təsir edə bilər. Məsələn, sinələrinizin sallanan olduğunu düşündüyünüz üçün büstqalterinizi çıxarmadan sevişməkdə israr etməyiniz partnyorunuzu əsəbləşdirdiyi qədər seksin sehrini də poza bilər. Qadınların cinsi arzuları üzərinə bir kitab yazan Fransız seksoloq Ghislaine Paris, yataqda partnyorlarının baxışının qadınları qətiliklə stressə saldığını bildirir. Amma geyimli olaraq sevişməyəcəyinizə görə, çılpaq görünmə stresindən bir an əvvəl xilas olmağınızda fayda var.

Vəziyyətdən çıxış yolu nədir?
Əvvəlcə heç bir kişinin sevişərkən selülitləriniz, ya da qarnınızla maraqlanmağını ağlınızdan çıxarmamağa çalışın. Əgər maraqlanırsa və yataqda sizə pəhriz üsulları haqqında məlumat verirsə, əlaqənizi nəzərdən keçirin. Kimsə qüsursuz deyildir. Bir kişi fiziki görünüşünüz üçün sizinlə birlikdə olursa, ən qısa zamanda ondan xilas olmalısınız. Qısaca, bəzi istisnalar xaricində kişilər sevişərkən bədəninizin xüsusiyyətləri ilə əsla maraqlanmazlar. Onlar üçün əhəmiyyətli olan alacaqları və verəcəkləri zövqdür. Gözünüzdə böyütdüyünüz bəzi fiziki qüsurlarınızı əslində yalnız siz görürsünüz. Çılpaqlıqdan və fiziki görünüşünüzdən əsla çəkinməyin.

"Aman Allah, birdən hamilə qalaram" qorxusu
Cinsi əlaqə zamanı bu əlamətlər stressə səbəb olurHamilə qalma qorxusu qorunmayan hər qadının sevişərkən ən böyük stress qaynaqlarından biridir. Partnyorunuzla isti anlar yaşayarkən başınızda bu mövzuyla əlaqədar sual işarələri meydana çıxması kefinizi poza bilər və sizi seksdən asanca soyudar. Xüsusilə partnyorunuz zövq almağa maneə törətdiyini düşündüyü üçün prezervatifdən imtina edirsə, siz də çarəni gün sayma ya da geri çəkilmə kimi təsirsiz və riskli doğum nəzarət üsullarında tapa bilərsiniz. Bu vəziyyətdə hamilə qalma stressi əsla sizi tərk etməyəcək! Hər seks seansında bu qorxunu hiss etməyiniz, partnyorunuzun hər hərəkətini nəzarət altına almaq istəməyiniz və bu səbəbdən təbiilikdən uzaqlaşıb gərgin davranışlarınız hətta partnyorunuza qarşı gizli bir hirs yaratmağınıza belə yol aça bilər. Eyni zamanda sevişərkən partnyorunuza bu mövzuda müxtəlif xəbərdarlıqlarda olmağınız da onu sıxıb əsəbiləşdirə bilər.

Vəziyyətdən çıxış yolu nədir?
Əvvəlcə partnyorunuzu prezervativdən istifadə üçün razı etməlisiniz. Prezervativ, başda AİDS olmaqla cinsi yolla bulaşan xəstəliklərdən də qoruyan, etibarlılıq nisbəti yüzdə 97 olan, üstəlik market və əczaxanalarda reseptsiz satılan bir doğum idarə üsuludur. Həmçinin spiraldan da həkiminiz nəzarəti altında istifadə edə bilərsiniz.

Ailə və Uşaq     Baxılıb: 11450   Tarix: 09 fevral 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

turlar.az

gelinlikler gozel gorunmek maskalar her sey daxil sarimsaqin xeyri saç kəsimləri kokteyl kosmetika uşaq şeirləri qız bürcü qiz evi yutube lakonizim