Cinsi problemlər

Cinsi problemlərŞərq müdrikləri doğru buyurublar ki, yüz dərdin yüz bir dərmanı var, yalnız ölümün çarəsi yoxdur. Əgər sizin cinsi üzvünüzün hansısa fiziki defektləri varsa, məyus olmağa dəyməz, hazırda bu problemi uğurla həll edə bilən çoxsaylı klinikalar və mütəxəssislər mövcuddur.
Cinsi potensiyanın və xüsusilə sinir həssaslığının bərpasına gəldikdə isə çox şey sizin özünüzdən asılıdır.

Bunun ən səmərəli yolu ac qalma ilə müalicədir. Ac qalma sayəsində orqanizm paslardan (şlaklardan) təmizlənir, hüceyrələrin membranları bərpa olunur və nəticədə insan sinir həssaslığını özünə qaytarır. Bundan əlavə, kişilərin oyanma və ereksiya qabiliyyəti güclənir.
Ac qalma ilə müalicəyə tədricən başlamaq lazımdır. İldə 3-4 dəfə 7-10 gün fasiləsiz ac qalma ilə müalicədən sonra onun sağlamlaşdırıcı təsirini aydın hiss edəcəksiz. Aclıqla müalicəyə iki həftədə bir sutka ac qalmaqla başla-maq məsləhətdir. Sonra ac qalma müddətlərim uzatmaq olar.

Məlum olduğuna görə bir çox tənasül pozuntu və xəstəlikləri bədənin aşağı hissəsində qanın durğunluğuna səbəb olan portal hipertoniya ilə bağlıdır. Deməli ilk növbədə bu xəstəliyin özü müalicə olunmalıdır. Bunu da bilmək lazımdır ki, əsas "tıxac" qaraciyərdə yaranır. Venalarla axan qan bu, "tıxac" nəticəsində qaraciyərdən tam şəkildə keçə bilmir, buna görə təzyiq yaranır ki, bu da dolama yol ların açılmasına səbəb olur. Prostat vəzisində, yumurtalar da, kiçik çanaq nahiyəsində yığılıb qalan qan hüceyrələrin tam halda oksigen və qida maddələri almasına imkan vermir, əksinə, bunlarda maddələr mübadiləsinin töküntüləri, paşalar yığılıb qalır, bu da onların funksiyasının zəifləməsinə və tənasül problemlərinin yaranmasına səbəb olur.
Qaraciyəri bitki yağının, xüsusilə zeytun yağının və turş meyvə şirəsinin (xüsusilə limon şirəsinin), yaxud tərə-vəzin köməyilə təmizləmək mümkündür. Digər variant - qaraciyərin təzə bitki şirələri və salatının köməyilə təmizlənməsidir. Məsələn, dərman acıovuğu ilə qarayoncadan (lütsern) hazırlanan salat və şirələr qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
Bunlardan hepatitin, habelə öd yolları xəstəliklərinin müalicəsində də istifadə etmək olar. Bu baxımdan moruq yarpağı, nanə, çiyələk yarpağı, əvəlik, adaçayı, rozmarin, çödükotu, göy süsən, qırmızı çəməni yonca, çəmən qaymaqçıçəyi, mərzə və boymadərən otu da çox faydalıdır. Bostan cəfərisi qaraciyərdəki tıxanmaları, moruq, yaxud Çiyələk yarpağının dəmləməsi isə durğunluq hallarını ara dan qaldırır
cinsi problem,seksual çətinliklərQaraciyərdə yay təmizlənməsi müəyyən müddət ərzində şirə ilə müalicədən ibarətdir. Müalicəyə turşa-şirin alma növləri ilə pəhrizdən başlamaq (üç gün ərzində) və sonra çiy məhsullara keçmək lazımdır. Bunlara əlavə olaraq bişirilmiş paxla və yaşıl lobya yemək olar. Tərkibində ziyanlı maddələr olan qida qəbul etməyin. siqaret çəkməyin. Alkoqollu içkilərdən də qəti imtina etmək lazımdır, əks halda müalicənin heç bir xeyri olmayacaq. İstədiyiniz miqdarda təzə alma və kök şirəsi için. 3-4 gündən bir səhərlər bir stəkan çuğundur şirəsini kiçik qurtumlarla tələs-mədən içmək lazımdır. Əgər bədəninizdə qaşınma hiss etsəniz, səhərlər limon şirəsi qatılmış qaynar su için.
Qaraciyərin meyvə-tərəvəz şirəsi ilə müalicəsinin sxemi:
1- ci gün.300 qram yerkökü şirəsi,hərəsindən 100 qram çuğundur və xiyar şirəsi.
2- ci gün. Hərəsindən 300 qram yerkökü şirəsi və ispanaq suyu.
3- cü gün. 500 qram yerkökü şirəsi.
4 -cü gün. 100 qram çuğundur şirəsi və 300 qram yerkökü şirəsi.
5- ci gün. Hərəsindən 60 qram cəfəri və kərəviz şirəsi və 300 qram yerkökü şirəsi.
Bu göstərilənlərdən və təmiz sudan savayı heç nə ye­mək və içmək olmaz.
Təmizləmə prosesini sürətləndirmək üçün adi su ilə imalə etmək lazımdır.
Bu beş günlük təmizləmə kursu zamanı hər gün və ya bir gündən bir təmizləyici-yumşaldıcı vanna qəbul edilməlidir. İlıq suya 0,5-1 litr qaynadılmış urina (öz sidiyinizi vam odda, onun 2/3 hissəsi qalana qədər qaynadın və vanna üçün istifadə edin) qatmaq lazımdır ki, bütün bədəniniz suyun altında olsun. Vannanın müddəti 25-30 dəqiqədir. Bu müddətin yarısında ürəkbulanması hiss edə bilərsiniz, bu halda vannadan çıxmayın, tezliklə ürəkbulanması keçib gedəcək. Vanna qəbul etdikdən sonra qurulanın və yorğa nın altına girin ki, yaxşıca tərləyəsiniz. Bir müddət özünü zü zəif hiss edəcəksiniz, lakin bu, keçici haldır. Gecə qarın və qaraciyər nahiyəsinə gənəgərçək yağı, yaxud urina kompresi qoya bilərsiniz.

Bir çox cinsi problemlər qəbiz səbəbindən yaranır. Təsəvvür edin ki, 2-5 gün tualetə getmir və gündə üç dəfə qida qəbul edirsiniz. Bu halda həzm qalıqları hara gedə bilər? Həzm töküntüləri yoğun bağırsağa çatır və ba­yıra çıxa bilmədiyindən bir yerə yığılır, kipləşir, çürüməyə başlayır, zəhərli, qazaoxşar və durıı maddələrə çevrilir. Bu maddələr qana sorulur və ağciyər (ağızdan pis iy gəlmə), dəri (səpgi, civzə, üfunətli tər) və böyrəklər (qatı və üfunətli sidik) vasitəsilə ifraz edilir. Bədəndən keçərkən, orqanizmin energetik və biokimyəvi əsasına, o cümlədən ereksiyaya mənfi təsir göstərir.
Yoğun bağırsağı təmizləmək üçün təzə, yaxud qaynadılmış urina (sidik) imaləsindən istifadə etmək olar. Siz qəbizdən xilas olmaqla kişi potensiyanızı xeyli artırarsız.
Bəzi kişiləri onların tənasül alətinin kiçik ölçüdə ol ması məyus edir, onlarda yarımçıqlıq kompleksi doğurur. Lakin hər bir dərdin dərmanı olduğu kimi bunun da əlacı var. Burada bir neçə istiqamətdə hərəkət etmək olar. Məsələn, piyin bədənin bir hissəsindən digərinə "sorulması" və köçürülməsi metodikası bu qüsuru aradan qaldırmağa imkan verir. Ştutqartlı uroloq-həkim Mixael May bu cür 22 cərrahiyyə əməliyyatını uğurla həyata keçirmişdir. "Əgər kliyent istəsə, mən onun cinsiyyət üzvünü tutaq ki, yoğun xiyar, yaxud banan formasında düzəldə bilərəm. Bu operasiyanın qüsuru bircə ondan ibarətdir ki, piyin qeyri-bərabər paylanması səbəbindən penisdə bərk düyünlər əmələ gələ bilər. Lakin qadınların dediyinə görə bu "qüsur" onları ürəyincədi..."

Mənbə Gennadiy Malaxov Qadın sirləri kişi problemləri kitabından
Həmçinin bax: frigidlik (qadınlarda cinsi zəiflik) frigid qadınlar və seks
Ehtirası artıran bitkilər

Demə, şəfalı bitkilər, stress nəticəsində yaranan cinsi istəksizlik yaşayanların imdadına yetişə bilər. Mütəxəssislər bu problemlərin ortaya çıxmasında psixoloji faktorların önəmli rol oynadığını söyləyirlər. Stress səbəbindən cinsi istəksizlik yaşayanlara şəfalı bitkilər kömək edə bilər.
Bitki çayları: Bədəndəki maye axımını sürətləndirən bitki çayları içdikdə qan dövranı güclənir, ehtiras artır. Enerji səviyyəsini də yüksəldən bitki çayları seks yaşamını canlandırır.
Lavanda: Salat və yemək souslarına tökülən bir neçə damcı lavanda seks həyatını canlandırır.
Qərənfil dənəsi: Təbii afrodizyakların ən güclülərindən biri olan qərənfil dənəsi yorğunluğa da yaxşı gəlir.
Xaşxaş toxumu: Cinsi performansı artırır.
Zəncəfil: Yüz illərdir, duyğuları hərəkətə gətirmək üçün hazırlanan içkilərin qarışığında istifadə olunan zəncəfil insanı daha atəşli edir (Qanı sulandıran dərmandan istifadə edənlərin diqqətli olması gərəkdir. Artıq istifadə bağırsaqlarda narahatlıq yaradır). Yeməklərdə ədviyyat olaraq istifadə edilə bilər. Balla qarışdırılıb yeyilir. İstifadə müddəti bir həftə və ya 10 günə qədərdir.
Darçın: İştahanı açır, əsəbləri sakitləşdirən bir qoxusu var. Mədə və bağırsaqlardakı qazı çıxarır, antiseptik xüsusiyyətləri var. Afrodizyak olaraq da istifadə edilə bilər. Qışda içilən bitki çaylarına əlavə edilir. Darçın yağı xoş ətrindən dolayı masaj yağı olaraq da istifadə olunur.
Xardal: Cinsi orqan vəzlərinin funksiyasını artırır.
Yasəmən: Likörləri ətirləndirən gözəl rayihəli yasəmən çiçəyi güclü katalizatordur.
Süsən: Süsən kökü tozu, hər iki cins üçün də güclü bir afrodizyakdır.
Miyan kökü: Miyan kökündən əldə edilən toz qazlı su ilə qarışdırıldıqda qadınlar üçün çox təsirli bir afrodizyak halına gəlir.
Vanilin: Mərkəzi sinir sisteminə təsir edərək qoxusu ilə beyini oyadır.
Cəfəri: Yeməklərə ləzzət qatan cəfəri seks yaşamına da ləzzət qatar.
Kəklikotu: Güclü təsirləri olan kəklikotu xüsusilə kişilərdə müsbət təsir göstərir.

Ailə və Uşaq     Baxılıb: 2843   Tarix: 08 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadin dunyasi yay geyimləri 2025 geyim və ayaqqabılar efirde soyunan aparici masin sou 2025 ayaqqabı modelləri stresin elametleri novruza aid hakisdalar hakistalar haxisda maya maskasi sekis