Cırtdan nağılı

Cırtdan nağılıBiri vardı, biri yoxdu, bir qarı vardı. Bu qarının bir balaca nəvəsi vardı. Nəvə o qədər balaca idi ki, ona Cırtdan deyərdilər.
Bir gün Cırtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedirlər, gəlib nənəsinə dedi:
-Ay nənə, uşaqlarla oduna mən də gedəcəyəm.
Qarı uşaqları çağırıb hərəsinə bir parça yağ yaxmacı verdi. Cırtdanı da onlara tapşırdı.
Yolda Cırtdan özünü yerə vurub getmədi, yoldaşları dedilər:
-Ay Cırtdan, niyə gəlmirsən?
Cırtdan dedi:
-Nənəm məni sizə tapşırıb, məni dalınıza alıb aparın.
Yoldaşları onu növbə ilə dallarına alıb, meşəyə gətirdilər.
Uşaqlar başladılar odun yığmağa. Gördülər ki, Cırtdan yığmır. Dedilər:
-Ay Cırtdan, sən niyə odun yığmırsan?
Cırtdan cavab verdi:
-Nənəm məni sizə tapşırıb, mənə də yığın.
Uşaqlar ona da odun yığdılar. Sonra hər kəs öz odununu şələ bağlayıb dalına aldı. Gördülər Cırtdan oturub baxır. Ona dedilər:
-Ay Cırtdan, sən niyə odununu götürmürsən?
Cırtdan cavab verdi:
-Nənəm məni sizə tapşırıb, mənim odunumu da götürün.
Uşaqlar əlacsız qalıb, onun da odununu dallarına götürdülər. Bir az yol gedəndən sonra gördülər ki, Cırtdan geridə qalıb ağlayır. Dedilər:
-Ay Cırtdan, niyə ağlayırsan?
Cırtdan cavab verdi:
-Yorulmuşam. Nənəm sizə yağ yaxmacı verdi....
Yoldaşları onun sözünü ağzında qoydular. Onlardan biri Cırtdana acığlandı:
-Pis öyrənərsən. Daha səni dalımıza götürən deyilik!
Cırtdan əlacsız qalıb yoldaşlarının dalınca getməyə başladı. Onlar bir xeyli getdikdən sonra axşam oldu. Qaranlıq qovuşdu, yolu azdılar. Meşədən çıxanda gördülər ki, bir tərəfdən işıq gəlir, o biri tərəfdə it hürür. Biri dedi: işıq gələn tərəfə gedək, o biri dedi: it hürən tərəfə. Bilmədilər ha tərəfə getsinlər. Axırda Cırtdandan soruşdular:
-Ay Cırtdan, it hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə?
Cırtdan cavab verdi:
-İt hürən tərəfə getsək, it bizi qapar. İşıq gələn tərəfə gedək, bəlkə yolu tapa bildik.
Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxdılar. Div onları görəndə sevinib öz-özünə dedi: "Yaxşı oldu. Gecə onları bir-bir yeyərəm." uşaqlara bir az çörək yedirdib yatırtdı. Gecədən bir az keçəndən sonra div uşaqların birini yemək istədi. Uşaqların yatıb-yatmadığını bilmək üçün dedi:
-Kim yatıb, kim oyaq?
Bu sözü eşidəndə Cırtdan tez başını qaldırıb dilləndi:
-Hamı yatıb, Cırtdan oyaq.
Div soruşdu:
-Cırtdan, niyə yatmırsan?
Cırtdan dedi:
-Nənəm mənə hər gecə qayğanaq bişirərdi, yedirib yatırardı.
Div qalxdı, tez qayğanaq bişirib Cırtdana yedirtdi ki, bəlkə yatsın.
Bir qədər keçəndən sonra div yenə soruşdu:
-Kim yatıb, kim oyaq?
Yenə Cırtdan başını qaldırıb dedi:
-Hamı yatıb, Cırtdan oyaq.
Div soruşdu:
-Cırtdan, indi niyə yatmırsan?
-Hər gecə nənəm mənə çaydan xəlbirlə su gətirərdi.
Div ayağa qalxdı, bir xəlbir götürüb çaydan su gətirməyə getdi. Cırtdan da tez yoldaşlarını oyadıb dedi:
-Bu div bizi yemək istəyir. Qalxın, qaçaq.
Uşaqlar tez qalxdılar, qaçıb çaydan keçdilər.
Bu tərəfdən div nə qədər xəlbiri suya salıb qaldırsa, gördü ki, xəlbirdə su qalmır. Axırda təngə gəlib qayıtmaq istəyəndə, bir də gördü ki, uşaqlar çayın o tərəfindən gedirlər. İstədi sudan keçib uşaqların dallarınca düşsün, amma keçə bilmədi. Axırda onları səslədi:
-Ay uşaqlar, sudan nə təhər keçdiniz?
Cırtdan tez cavab verdi:
-Get bir dənə dəyirman daşı tap, boynuna keçirt, özünü suya at, onda keçərsən.
Div Cırtdanın sözünə inandı, gedib bir dəyirman daşı tapı boynuna keçirtdi, özünü suya atdı, suda boğulub öldü.

Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də nağıl söyləyənin.

Maraqlı     Baxılıb: 5061   Tarix: 06 dekabr 2014
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

turlar.az

adlarin menasi kosmetik vasiteler geyim və ayaqqabılar uşaqları tərbiyə ordan burdan mantı reseptleri baliq qulagi kosmetika janrlar terezi faydalı bilgilər atalar sozu sirin qogal