Çörək ətri verən papayyanın dadlı meyvələri

Çörək ətri verən papayyanın dadlı meyvələriHəcmcə armuddan bir qədər böyük, sarı və narıncı qabığı olan papaya milyonlarla insanın qida rasionuna daxildir. Onun vətəni Meksikanın cənubu, Mərkəzi Amerika və Cənubi Amerikanın şimalı sayılır. Xarici görünüşü cəlbedici olmasa da, meyvələri çox dadlıdır. Floridada yerli əhali onun yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdiklərinə görə ona "zənci sabunu", məşhur səyyah Vasko da Qama papayyanın dadına baxaraq onu "Hindistanın qızıl ağacı", ispan dənizçiləri isə ona yemiş ağacı adı veriblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, papayyanın meyvələri kal olarsa, onun yetişməsi üçün 3-4 gün qaranlıq mühitdə və ya bananla bir qabda saxlamaq kifayətdir. Yetişmiş meyvələr soyuducuda bir həftə qala bilər. Əsasən desert-qida məqsədilə meyvə salatlarında, sərinləşdirici içkilərin hazırlanmasında istifadə edilir. Meyvənin qabığı soyulandan və toxumları çıxarılandan sonra çiy şəkildə yeyilir, meyvə tam yetişməyibsə qaynadıb yemək də olar. Ocaqda bişərkən ondan gözəl çörək ətri gəlir.
Kal papayya meyvəsinin süd şirəsinin və yetişmiş. toxumlarının tərkibində çoxlu fermentlər var və onlardan biri də papaindir. Papaindən min illər boyu Cənubi Amerikada sərt ət liflərini parçalamaq üçün istifadə ediblər. Həmin fermentlərdən həzm sistemi pozğunluqları zamanı istifadə edilən həblər hazırlanır. Papayya yetişdirilən 1 hektar ərazidən bitkinin 100 kiloqrama yaxın fermentini əldə etmək olar. 100 qram papaya meyvəsi 26-74 kaloridir. Hindistan və Şri-Lankada yaşayan xanımlar uzun illər papayyadan kontrasepsiya vasitəsi kimi istifadə ediblər.
2008-ci ildə tibb elmləri üzrə Nobel mükafatlı laureatı, məşhur fransız virusoloqu Lyuk Montanyenun apardığı tədqiqatlar nəticəsində məlum olub ki, A/HIN1 qrip virusundan dünyasını dəyişənlər daha çox ürək-damar problemlərindən əziyyət çəkənlərdir. Hətta virusoloq özü də soyuqdəymədən qorunmaq üçün papayya ekstraktı qəbul edib. O, Vatikana səfəri zamanı Parkinson xəstəliyindən əziyyət çəkən Roma papası II İohan Pavelə də bitkinin ekstraktından istifadə etməyi məsləhət görüb. Papanın bu məsləhətə əməl edib-etmədiyi məlum deyil, lakin bundan sonra onun vəziyyətində xeyli irəliləyiş olduğunu söyləyirlər. Yaponiyada Tokio və ABŞ-da Florida Universiteti alimlərinin apardıqları tədqiqatlar nəticəsində papayyanın qurudulmuş yarpaqlarından alınmış ekstrakt qaraciyər, uşaqlıq boynu, mədəaltı vəzi və digər orqanların bəd xassəli törəmələrinin inkişafını yetərli qədər dayandırdığı aşkar edilib.
ABŞ-da herpesin, ekzemanın müalicəsində papayyadan hazırlanmış həblərdən istifadə edilir. Həmçinin həzm sistemini yaxşılaşdıran vasitə kimi qastrit, mədə xorası, antikoaqulyant kimi damar trambozlarında, kosmetologiyada isə yanıqlarda, arzuedilməz tüklərin və çillərin yox edilməsində istifadə edilməsi mümkündür.
Papayya qida sənayesində də kifayət qədər tanınmış bitkidir. Onun köməyi ilə şərab və likorlar şəffaflaşdırılır, onlara çoxdan saxlanmış şərab dadı verilir, pendirlər aromatlaşdırılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1051   Tarix: 20 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

gozel gorunmek toy makiyajlari yay geyimləri 2026 ayaqqabi modelleri 2026 cins salvarlar facebook qara gavali salati bayatilar vetene aid kosmetika efsane sirin qogal damla veten bayraq