Çörəkotu və onun yağının faydaları: Hüceyrələri yeniləyir, immuniteti gücləndirir...

Çörəkotu və onun yağının faydaları: Hüceyrələri yeniləyir, immuniteti gücləndirir...Mövsüm dəyişikliyi, allergiya, xolesterol problemləri, şəkər xəstəliyi, immunitet sisteminin gücləndiriliməsi və bu digər hallarda məsləhət görülən təbii dərmanlardan biri də çörəkotudur. Çörəkotunun çoxsaylı faydaları var.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar çörəkotunun tərkibində 100-dən çox birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri nigellon və alpha pinen birləşmələri, Omega-3, Omega-6 yağ turşuları, selen, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusən immunitet sisteminin qüvvətlənməsində son dərəcə vacib rol oynayır.   
Salatlara əlavə edəcəyiniz yarım çay qaşığı çörəkotu yağı həm dadı artırır, həm də sağlamlığa xidmət edir. Üyüdülmüş çörək otunu qatığa qataraq da yeyə bilərsiniz. Çörəkotu tərkibindəki birləşmələr sayəsində hüceyrələri yeniləyici xüsusiyyəti ilə yanaşı, ana südünü artırmağa da kömək edir. Bunun üçün istər yağ, istər üyüdülmüş formada bala qataraq yemək olar. Şora da xüsusi dad vermək üçün qatılır.  
Onun saç və dəri üçün də dəstəkləyici rolu var.
Lakin çörəkotu yağı alarkən diqqətli olmaq lazımdır. Bunun üçün aşağıdakıları bilməlisiniz:
Çörəkotu toxumunun dadının acı olması bu yağın keyfiyyətli olması demək deyil. Məhsuldarlığı artırmaq üçün yağ əldə edən zaman sıxma əsnasında istilik tətbiq edilir. Bu da rəngin tündləşməsinə, dadın acılanmasına səbəb olur. Bunu məhsulla bağlı məlumatlarda peroksid miqdarına baxaraq da anlamaq mümkündür. Halbuki soyuq pres üsulu ilə əldə edilən çörək otu yağında acılıq və boğazı yandırma nisbəti yüngüldür.  Bundan başqa, hava ilə təmas edən, saxlanma şərtləri uyğun olmayan çörəkotu yağlarında turşuluq və peroksid miqdarı artır. Bu da acı dada və yağın rəngində tündləşməyə səbəb olur. Soyuq sıxma ilə əldə olunan əsl yağın rəngi açıq olur və xarakterik çörəkotu qoxusu verir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1514   Tarix: 26 dekabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar kosmetika mehsullari toy makiyajlari xalq mahnilari sozleri faydalı məlumat zərdəçal buxaq kosmetika toy gecesı novruza aid hakışta rus dilin nece orenek oyunlar meseller