Çörəyin inanılmaz fəsadları - Alim AÇIQLADI

Çörəyin inanılmaz fəsadları - Alim AÇIQLADIAlimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz. Buna görə də bir çox qidalanma mütəxəssisləri insanları çörəkdən imtina etməyə səsləyir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, başqa bir araşdırmada isə məlum olub ki, uzun illər karbohidratlardan imtina etmək ürək xəstəliyi riskini 20 faiz artırır. Daim ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köp yaradır.
Ürək sağlamlığı baxımından düzgün qidalanma və fiziki aktivlik əhəmiyyət daşıyır. Arıqlamaq üçün özünü bir çox faydalı məhsullardan məhrum etmək, səhv qidalanmaq ürək sağlamlığına mənfi təsir göstərə bilər.
Türkiyəli kardioloq, professor Müzəffər Değertekin ötən günlərdə aparılan Avropa Kardioloji Cəmiyyətində açıqlanan məlumatların detallarından danışıb. Fransanın paytaxtı Parisdə keçirilən Avropa Kardioloji Dərnəyinin toplantısında iştirak edən professor bildirib ki, karbohidratdan imtina və tez-tez arıqlayıb kökəlmək ürək ritmlərinin pozulmasına gətirib çıxarır:
"Dərnəyin iclasında 30 minə yaxın həmkarımız son prosesləri qiymətləndirib. Son aparılan tədqiqatlarda təxminən 450 min nəfər iştirak edib, 25 min adamın həyat və qidalanma tərzi isə təxminən 10 il boyunca təqib edilib. Təqib zamanı xəstələr qidalanma vərdişləri, karbohidrat və yağ istifadəsinə görə 4 qrupa ayrılıb. Məlum olub ki, normal çəkiyə düşdükdən sonra aşağı karbohidratlı pəhrizə davam edən insanlarda ürək xəstəliyi riski 20 faiz daha yüksəkdir. Qısa müddətlik karbohidratlardan imtina etmək faydalıdır, ancaq 10 il davam etməsi ürək xəstəliklərinə yol açır".
Professorun sözlərinə görə, həddən artıq karbohidrat istifadəsi də zərərlidir:
"Karbohidrat məhsulların istifadəsi nəzarət altında olmalıdır, amma tamamilə imtina etmək doğru deyil. Tədqiqatlar göstərir ki, karbohidratdan istfadə gündəlik 200 qramdan aşağı olmamalıdır.
Fiziki aktivlik xüsusilə mühümdür. Fiziki aktivlik nə qədər yüksək olsa da, metabolizm o qədər sürətlənir. Bu, həm də ürək xəstəliklərinin yaranması riskini minimuma endirir. Eyni zamanda doymuş yağların və siqaret istifadəsi məhdudlaşdırılmalıdır. Bunlardan başqa, məşq və balanslı bəslənməyə diqqət etmək lazımdır.
Köklük ciddi bir sağlamlıq problemidir, lakin tez-tez kökəlib arıqlamaq da ürəyə mənfi təsir göstərir. Köklük uzun müddət davam edərsə, ürək xəstəliyi riski daha çox artır. Xüsusilə tez-tez və sürətlə kökəlib arıqlayan insanlarda ürək ritm pozğunluqları meydana çıxır. Bu ritm problemi infarkta səbəb olur. Odur ki, çəkini stabil saxlamaq və qidalanmaya nəzarət etmək vacibdir. Uzun illər boyu piylənmədən əziyyət çəkənlərdə ürək xəstəliyi riski daha yüksəkdir. Şok pəhrizlər bir miqdar təsirli olsa belə ürək ritminə mənfi təsir edir".
200 qram karbohidrat nəyə uyğun gəlir?
6 dilim çörək, 1 porsiya tərəvəz yeməyi, 1 porsiya qatıq, 2 çay qaşığı bal, 1 kasa şorba, 1 porsiya souslu makaron, 2 ədəd qalet;
2 qab salat, 1 porsiya tərəvəz yeməyi, 1 kasa şorba, 5 dilim çörək, 2 porsiya süd və ya qatıq, 2 porsiya meyvə, 4 yemək qaşığı plov, 1 ədəd qalet;
2 qab salat, 2 porsiya tərəvəz, 1 porsiya şorba, 3 porsiya meyvə, 2 porsiya süd və ya qatıq, 4 incə dilim çörək, 4 yemək qaşığı plov və ya makaron.
Qeyd edək ki, ən faydalı çörək emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanır. Belə çörəkdə buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır.
Arpa unundan və ya arpa ilə buğda unların qarışığından hazırlanmış çörək də çox faydalıdır. Buğda kəpəyi əlavə olunmuş çörək də çox faydalıdır. Kəpək mədə-bağırsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1505   Tarix: 02 noyabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri makiyaj instagram elm haqqında atalar sözleri körpə və ona qulluq qarın yağları döş əmən kişilər kosmetika qurd ve quzu novruz bayramı haxışta salatlar gəncə hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz