COVID-19-a yoluxanların ürəyində çapıq izlərinə rast gəlinir
Yeni növ koronavirus (COVID-19) daxili orqanları da sıradan çıxarır. Virus ilk növbədə həyatı vacib orqanları zədələyir. Mütəxəssislər bildirirlər ki, COVID-19 daha çox ağciyər və ürəkdə fəsadlar yaradır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, pediatr-infeksionist Aytən Ziyadovanın verdiyi məlumata görə, infeksiya əvvəlcə ağciyər toxumalarını zədələyir: "Ən böyük fəsad ondan ibarətdir ki, ağciyərlərin yarıdan çoxu zədələnəndə çapıqlaşma baş verir. Ümumiyyətlə, istənilən iltihabi prosesdən sonra onun sonuncu mərhələsi kimi çapıqlaşma olur. Əgər iltihabın həcmi böyükdürsə, bu, həmin orqanın fəaliyyətini zəiflətmiş olur".
Paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə Səfərova isə bildirib ki, çapıq izlərinə hətta COVID-19-a yoluxanların ürəyində də rast gəlinir. Virus damar sistemini və ürək əzələlərini də zədələyə bilir: "Ürək əzələlərinin zədələnməsi bir çox ritm pozuntularına, həyatı təhlükəli aritmiyalara səbəb ola bilər. Eyni zamanda, ürəyin yığılma qabiliyyətinin zəifləməsinə və get-gedə azalaraq daha da pisləşməsinə, xəstədə kəskin və xroniki ürək çatışmazlığının əmələ gəlməsinə, miokard infarktına aparıb çıxarması mümkündür. Damar sistemi vasitəsilə damar divarının zəifləməsinə, həm də birbaşa qana təsir edərək laxtalanmanın artmasına, trombların əmələ gəlməsinə, ayaqlarda dərin venaların zədələnməsinə aparıb çıxarır".
Həkimlər iddia edirlər ki, xüsusi risk qrupuna aid olanlarda koronavirusun izləri daha dərin qalır. Bura şəkərli diabet, onkoloji, ürək çatışmazlığından əziyyət çəkənlər və hipertoniklər aiddir. Ona görə də virusa yoluxanların ümumi müayinədən keçməsi tövsiyə olunur. Yalnız bu halda zədələnmiş daxili orqanların vaxtında müalicəsinə başlamaq və müsbət nəticələr əldə etmək olar.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir