Covid-19-a yoluxdunuz, bəs sonra? – Bilməli olduğunuz 10 qayda

Covid-19-a yoluxdunuz, bəs sonra? – Bilməli olduğunuz 10 qaydaBu günə qədər yazdığımız məqalələrdə Covid-19-a necə yoluxmamaq olar istiqamətində danışırdıq. Ancaq bədbəxtlikdən covid-19-a yoluxdunuz və sağalma ərəfəsindəsiniz. Nə etməli olduğunuzu bilirsinizmi? Elə isə onlar üçün hazırladığımız 10 qayda ilə tanış olun.
1.Tələsməyin
Milli.Az facemark.az-a istinadən bildirir ki, Covid-19-dan xilas olmaq üçün nə qədər vaxtın tələb olunduğu bilinmir. Araşdırmanın nəticələri göstərir ki, Covid-19-dan sonra belə, xəstədə simptomlar bir neçə həftə davam edə bilər. Köhnə həyat tempinə addım-addım qayıdın.
2. Daha çox istirahət edin
Bu, standart Covid Recovery tövsiyələridir və istənilən virus infesksiyasına yoluxduqdan sonra tətbiq edilə bilər. Daha çox çalışmayın, evə iş gətirməyin, həftə sonları istirahət edin, yaxud dostlarınız ilə zaman keçirin.
3. Minimum 8 saat yatın
Yuxu çatışmazlığı insanı məhvə aparır. Bu səbəbdən yaddaş zəifləyir, diqqət pozulur, fərdin performansı aşağı düşür. İstənilən araşdırmalar sübut edir ki, 6 saatdan daha az yatan insanlar, 8 saat yatan insanlar ilə müqayisədə 12% daha tez vəfat edir. Covid reabilitasiyasından sonra, belə bir riski almaq sizə lazım deyil. Yuxuya getməmişdən öncə, qadjetləri kənara qoyun və hər şey yoluna girəcək.
4. Yüklənməyə sərhəd qoyun
Söhbət, həm zehni, həm də fiziki yüklənmədən gedir. Məsələn, post-virus sindromundan sonra aktiv bir həyat tərzi keçirmək (idman etmək, ağırlıq qaldırmaq və s. ) sağlamlığınızı əhəmiyyətli dərəcədə poza bilər. Buna görə, idman salonundan və qaçışdan imtina edin. Sağlamlığınıza qovuşduğunuzu düşündüyünüzdən bir həftə sonra bunu edin.
5. Daha az əsəbləşin
Stress, covid kimi xroniki yorğunluq sindromunun inkişafına səbəb olur. Ümumiyyətlə, həyəcan və əsəbi vəziyyət sağlamlığa pis təsir edir. Stressdən dolayı baş ağrıları, zəiflik, ürək-damar sisteminin işində nasazlıq müşahidə edilir. Nəticədə bu, xəstəlikdən xilas olmağı ləngidir. Gündəlik həyat tərzinizi yaratmağa və ona əməl etməyə çalışın. Bu həyatınızı daha ölçüləbilən, proqnozlaşdırılan və daha az stressli edəcək.
6. Müşahidələrinizin gündəliyini tutun
Nə etdiyinizi və bunun nəyə gətirib çıxardığını analiz edin. Məsələn, müşahidə edə bilərsiniz ki, sizdə hər səhər bir fincan qəhvə baş ağrılarına və əsəbiliyə yol açır. Yaxud 22:00-dan sonra yatandan sonra, gündəlik yuxu qəbul etmirsiniz. Ya da 200 metr yol qət etdikdən sonra yorulursunuz. Bu, gündəlik çox iş görməmək üçün həyat tərzinizi yenidən qurmağa kömək olacaq.
7. Daha yaxşı qidalanın
Zülal, yağ, vitamin, mineral və s. kimi mikroelementlər virusdan sonra bədənizin bərpa olunmasına kömək olacaq. Bədəninizi lazım olan vitaminlərdən əskik tutmayın. Eyni zamanda, xəstəlikdən sonra şirniyyat, qazlı içki, bişmiş ət (kolbasa, sosiska və s. ) kimi məhsulların istehlakına məhdudiyyət qoyun.
8. Bol miqdarda maye qəbul edin
Normal, yetkin bir insan gündəlik olaraq 2,5 litr maye qəbul etməlidir. Maye, eyni zamanda sulu meyvə, tərəvəz, çay, kofe, həmçinin, şorbalardan əldə etmək olar. Ancaq sağalma ərəfəsində alkoqoldan istifadə etməyi məhdudlaşdırmaq lazımdır.
9. Tənəffüs məşqləri edin
Tənəffüs məşqləri xəstəlikdən əldən düşmüş ağciyərlərin bərpasına kömək edir. Tənəffüs məşqləri haqqında məlumatlar əldə edin və onları tətbiq etməyə çalışın.
10. Terapevt ilə əlaqədə qalın
Covid-19-dan sağalma ərəfəsində bu xüsusilə vacibdir. Yeni və narahatedici simptomlar görünməyə başladıqdan sonra, dərhal bir mütəxəssis ilə əlaqə qurmalısınız. Həkim sizin əhvalınız barəsində soruşacaq və lazım olduqda bəzi testlərdən keçməyi təklif edəcək. Lazım olduqda isə xəstəliyin qarşısını almaq üçün dərmanlar təyin edəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1848   Tarix: 18 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

geyim və ayaqqabılar geyim seçimi adlarin menasi seksual fotolar usaq otagi dizaynlari genc aile tanınmış qadınlar kosmetika gülməli hakıştalar novruz hakıştası ekizler dolca atalar sozleri