COVID-19-dan sağalandan sonra fəsadlarla üzləşməmək üçün vaxtaşırı müayinədən keçmək lazımdır

COVID-19-dan sağalandan sonra fəsadlarla üzləşməmək üçün vaxtaşırı müayinədən keçmək lazımdırSon vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstələrdə sonradan müəyyən fəsadlar yaranması halları müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, əvvəlki illərlə müqayisədə ürək və qan-damar xəstəliklərindən ölənlərin sayında 26,6 faiz artım olub. Bunun əsas səbəbi koronavirusdan sağalandan sonra orqanizmdə yaranan problemlərdir.
Milli.Az bildirir ki, həkim-kardioloq Nərgiz Məmmədova bu barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib: "Koronavirus infeksiyası bir neçə orqanı zədələyə bilir. Həmin orqanlara əsasən ağciyər, ürək və böyrəklər aiddir. Lakin əgər alt qatda yatan hər hansı bir narahatlıq varsa, xəstəliklərin artması nəticəsində digər orqanların da zədələnməsi mümkündür. Yoluxma əsasən ürək-damar sistemi xəstəlikləri olanlarda narahatlıq yaradır ki, bu da insanın COVID-19-dan sağalandan sonra da laxtalanma ilə əlaqədar problemlər olduğuna görə damarlarda yaranan laxtalanmaya gətirib çıxarır və bunun nəticəsində insanlar həyatını itirir".
Həkim-kardioloq qeyd edib ki, risk qrupunda olan koronavirus xəstələri sağalandan sonra da vaxtaşırı olaraq müayinədən keçməlidirlər: "Bəzən COVID-19 xəstəliyindən müalicə olunan zaman ikincili bakterial və ya parazitar infeksiyanın qoşulması nəticəsində orqanizmin digər orqanlarına da zərər dəymiş olur və həmin hallar letallığa aparıb çıxarır. Bəzən də elə olur ki, xəstə özünü COVID-19 infeksiyasından sağalmış sayır, orqanizmdə temperaturun yüksəlməməsini və oksigen saturasiyasının 90 üzərində olmasını infeksiyadan sağalma kimi qəbul edir və qanın laxtalanmasını nəzərə almır. Halbuki laxtalanma düzəlməyincə həyat üçün təhlükə ola bilər. İstənilən halda koronavirusdan sağalanların ayda bir dəfə də olsa həkim müayinəsindən keçməsi məsləhətdir".
Müsahibimiz onu da bildirib ki, virusun sonrakı bir neçə il ərzində insan orqanizmində yarada biləcəyi problemləri isə gələcəkdə yaşanan təcrübələrlə daha dəqiq öyrənmək mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1682   Tarix: 29 yanvar 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

həkim məsləhəti yay geyimləri 2026 makiyaj instagram mantılar qadın hüquqları infeksion xestelikler cinsi heyat kosmetika efsaneler novruz bayrami hakışdalar rus dili 2ci ders faydalı məsləhətlər