COVID-19 əleyhinə peyvəndlər müəyyən yanaşı xəstəlikləri olan 12 yaşlı və daha böyük uşaqları təhlükədən qoruyur

COVID-19 əleyhinə peyvəndlər müəyyən yanaşı xəstəlikləri olan 12 yaşlı və daha böyük uşaqları təhlükədən qoruyurYeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı profilaktik vaksinasiya müəyyən yanaşı xəstəlikləri olan 12 yaşlı və daha böyük uşaqlar üçün təhlükəsiz və effektiv qorunma təklif edir. Bundan əlavə, peyvənd sayəsində təkcə uşağın deyil, həm də onun ətrafında yaşayanların, ailə üzvlərinin sağlamlığı qorunmuş olur. Nəzərə almaq lazımdır ki, sosial təması çox olan aşağı yaş qruplarına aid uşaqlar arasında peyvənd olunanların sayı nə qədər çox olarsa, virusun qarşısını almaq o qədər asanlaşar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri 4 saylı uşaq poliklinikasının həkim-pediatrı Sevinc İmanova deyib.
Həkim-mütəxəssis bildirib ki, bu, həmçinin peyvənd olunmaq imkanı olmayanların, məsələn körpələrin koronavirusdan müdafiəsini təmin edir: "Tədqiqat çərçivəsində peyvənd edilən uşaqlarda tipik peyvənd reaksiyaları adlandırıla biləcək ümumi yan təsirlər müşahidə edilib. Lakin belə reaksiyalar cəmi bir neçə gün sonra tamamilə yox olub. Peyvəndin yan təsirlərinə inyeksiya yerində ağrı, qızdırma, titrəmə və baş ağrısı kimi reaksiyalar daxildir. Bu cür peyvənd reaksiyalarına böyüklər üzərində aparılan digər klinik sınaqlarda da rast gəlinib. Yəni, narahatlığa heç bir əsas yoxdur. Uşaqlarda COVID-19 əleyhinə peyvəndlərdən sonra ciddi yan təsirlər müşahidə edilməyib".
Xatırladaq ki, Azərbaycanda yaşı 12 və daha yuxarı olan uşaqlar və yeniyetmələr COVID-19 əleyhinə "Pfizer" vaksini ilə peyvəndlənirlər. Uşaqların vaksinasiyası hər iki valideynin icazəsi ilə həyata keçirilir.
Qeyd edək ki, son günlər dünyada, eləcə də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım müşahidə edilir. COVID-19 virusunun "delta" ştamı ilə müqayisədə belə, daha yoluxdurucu olan AY.4.2 növü bir sıra dünya ölkələrində, habelə qonşu Rusiyada geniş yayılıb. Mütəxəssislər COVID-19-un yoluxduruculuq və letallıq faizinin daha yüksək olduğu yeni mutasiyaların yaranma ehtimalını nəzərə alaraq vətəndaşların buster (qüvvətləndirici) doza ilə peyvəndlənməsini tövsiyə edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1329   Tarix: 01 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

donlar 2026 yay geyimləri 2026 adlarin menasi qadın və kişi sağlamlıq mələk kartları çək xolesterini azaldan qidalar kosmetika oxu az qiz burcu sağlamlığa aid atalar sözləri zəhmət sekisler