COVID-19 pandemiyası yenidən başlaya bilər – Azərbaycanda vəziyyət necədir?

COVID-19 pandemiyası yenidən başlaya bilər – Azərbaycanda vəziyyət necədir?Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Qebreyesus ötən gün COVID-19 pandemiyasının hər an yendiən alovlana biləcəyini qeyd edib.
"Pandemiya və ya növbəti dəfə qlobal sağlamlıqla bağlı fövqəladə vəziyyət başlana bilər. 2019-cu ildə də belə oldu", - deyə o əlavə edib.
Bəs Azərbaycanda vəziyyət necədir? Pandemiyanın yenidən alovlanmasının qarşısı necə alınacaq?
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev Trend-in suallarını cavablandırarkən qeyd edib ki, pandemiyanın yenidən alovlanması bir ehtimaldır.
"Çünki qarşıdan soyuq aylar gəlir. Ümumiyyətlə payız və qış ayları respirator infeksiyaların artması üçün uyğun bir şəraitdir. Qapalı məkandan daha çox istifadə, ictimai nəqliyyatda təmaslar bu infeksiyaların yayılmasına daha çox səbəb olur. ÜST bu baxımdan bir anons verib. Amma düşünmürəm ki, ciddi bir vəziyyət var. Çünki dünyada yoluxma və ölüm hallarının sayında cidi bir artım yoxdur.
Azərbaycanda da təhlükəli vəziyyət yoxdur. Təbii ki, istənilən halda sadəcə koronavirusa görə yox, bütün infeksiyalardan qorunmaq üçün şəxsi gigiyenaya diqqət etməli, ara məsafəsi saxlamalıyıq. Ümumlikdə isə pandemiya ilə bağlı ciddi bir təhlükə yoxdur. Yenə də bu, bugün üçün məlumatlardır. Qarşıdakı həftə və aylarda mövcud vəziyyətdə dəyişiklik olarsa, zamanında məlumat veriləcək", - deyə V.Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycanda son 1 həftə ərzində (23-29 oktyabr) koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə son həftə ərzində vaksinasiya olunmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.
Milli.Az 

Xəbərlər     Baxılıb: 987   Tarix: 31 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

geyim və ayaqqabılar adlarin menasi sac duzumleri atalar sozu elm haqqinda makaronlar erotik paltar romantik pozalar kosmetika kahfe falı olumu qaynanaya aid masturbasiya nedir novruz bayramına aid hakışta