COVİD 19-u digər infeksiyalardan fərqləndirən 4 əlamət

COVİD 19-u digər infeksiyalardan fərqləndirən 4 əlamətHazırda payız mövsümünü yaşayırıq. Adəti üzrə payız mövsümü başlar-başlamaz havalar birdən-birə soyuyur, bir sıra xəstəliklər, o cümlədən mədə-bağırsaq, revmatik və digər xəstəliklər baş qaldırır. Pandemiyanın da yaşandığı bu dövrdə özümüzü necə qoruyaq? Qida və yaşayış tərzimiz necə olmalıdır?
Milli.Az bildirir ki, həkim-diyetoloq Tutu Zeynalova mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Təbii ki, hər fəsildə olduğu kimi payız fəslində də orqanizmin maye ehtiyacını ödəmək vacibdir. Bu maye su şəklində olsa, daha yaxşı olar. Həmçinin bitki çaylarına da müraciət etmək olar. Hər gün çəkimizin 3 faizi mislində su qəbul etməliyik. Bundan başqa yeməklərimizdə keyfiyyətli protein qaynaqlarına üstünlük verməliyik. Keyfiyyətli protein qaynaqları dedikdə yumurta, kənd yumurtası olsa daha yaxşı olar, toyuq əti, həftədə iki dəfə balıq əti, iki dəfə qırımızı ət və bu kimi məhsullar nəzərdə tutulur. Ümumiyyətlə, rəngarəng qidalanmalıyıq. Yəni boşqabımızda nə qədər rəngarəng, yaşıl, qırmızı, narıncı, bənövşəyi rəngdə qida olarsa, bir o qədər orqanizmimiz üçün faydalı olar. Məsələn, gün ərzində göyərti, yaşlı alma yeyiriksə, 3 çeşidli kükürdlü tərəvəzlər də qəbul etməliyik. Kükürdlü tərəvəzlər dedikdə isə göbələk, kələm, turp fəslindən olan sarımsaq, soğan nəzərdə tutulur. Qida rasionumuzu bu cür tərtib etdikdə immun sistemimizi dəstəkləmiş oluruq. Bundan əlavə hər gün bir ovuc çərəz yemək tövsiyə olunur".
COVİD 19-u digər infeksiyalardan fərqləndirən 4 əlamətTutu Zeynalova
Tutu Zeynalova qeyd etdi ki, qidalardan başqa yuxu rejiminə də düzgün riayət etmək lazımdır: "Çünki gecə yuxusuz qaldıqda immun sistemimizin işinə mane olmuş oluruq. Buna görə də gecə yuxusu, xüsusən də saat 23:00-03:00 arası olan yuxu çox önəmli və vacibdir. Buna mütləq nəzarət etməliyik".
Diyetoloq pandemiya dövründə diqqət etməli olduğumuz məqamlara da toxunub: "Biz deyə bilərik ki, sumaq, sarımsaq yesəniz koronavirus sizdən 40 faiz uzaq ola bilər və sairə. Amma bunu unutmaq olmaz ki, tibbi maskadan istifadə etmək bizi virusdan 95 faiz qoruyacaq. Bunu unutmaq olmaz. Beləliklə, hər şeydən əvvəl tibbi maska taxmalı, gigiyenik qaydalara əməl etməliyik. Ən yaxşı qoruyucu vasitələr bunlardır. Pandemiya və payız dövründə immun sistemimizi necə artırmağımıza gəldikdə isə, xatırladım ki, bizim immun sistemimizin 80 faizi bağırsaqlarımızdadır. Biz nə qədər faydalı məhsullardan istifadə etsək, bağırsaqlarımızda faydalı bakteriyaların sayı artmış olacaq və immun sistemimiz güclənəcək. Lakin gün ərzində passiv həyat tərzi keçirsək, daim yataq və oturaq vəziyyətdə olsaq, davamlı şirniyyat yesək, gecə vaxtında yatmayıb, zamanımızı ancaq sosial şəbəkələrdə keçirsək, burada heç bir immun sistemindən danışmaq olmaz. Çünki immun sistemini bitirən, zəiflədən, məhv edən stressdir. Stressi yaradan isə hərəkətsizlik, yuxusuzluqdur. Hər gün yarım saat təmiz havada gəzmək lazımdır. Daha bir önəmli məsələ, yatmazdan 3-4 saat əvvəl artıq yemək yeməyi dayandırmaq lazımdır. Çünki yatdığımız zaman ac olmalıyıq ki, immun sistemimiz güclü olsun. Lakin yeyib yatdığımız zaman həzm sistemimiz dövrana girir, bütün orqanlar çalışır və bu zaman immun sistemimizi kifayət qədər dəstəkləyə bilmirik".
COVİD 19-u digər infeksiyalardan fərqləndirən 4 əlamətAdil Qeybulla
Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd etdi ki, pandemiya dövründə ən əsası karantin qaydalarına əməl etmək lazımdır: "Ən əsası tibbi maska taxmaq, əllərin mütəmadi dezinfeksiyası, sosial məsafələrin qorunması çox sərt olmalıdır. İkinci bir tərəfdən payız mövsümündə hər zaman mövsümü xəstəliklər özünü göstərməyə başlayır. Pandemiya və mövsümü xəstəliklərin bir yerdə olması xeyli problemlər yarada bilər. Ona görə də tövsiyə olunur ki, qidalanmaya diqqət edilsin, meyvə-tərəvəz qəbul olunsun, fiziki aktivlik, hərəkətlilik olsun və sairə. Yəni immun sistemini formada saxlamaq lazımdır. Həmçinin ziyanlı vərdişlərdən, o cümlədən siqaret çəkmək, alkoqol qəbul etməkdən uzaq durmaq lazımdır. Bu vərdişlər immun sistemini zəiflədən ən mühüm faktorlardır. Həmçinin yuxu rejiminə riayət etmək lazımdır. Yuxusuzluq immun sistemini zəiflədir.
Ümumiyyətlə, payızda daha çox rast gəlinən soyuqdəymədir. Havanın gah isti, gah da soyuq olmasından asılı olaraq insanlar geyimlərini düzgün seçə bilmirlər. Buna görə də soyuqlama əmələ gəlir. Bu soyuqlama əslində yuxarı tənəffüs yollarında fəallıq göstərən onlarla infeksiyaların fəallaşması nəticəsində  əmələ gəlir. Beləcə, insanlarda qripə bənzər əlamətlər, öskürək, burun axması, zökəm və sairə müşahidə olunur. İnsanlar çalışmalıdırlar ki, bu cür xəstəliklərdən mümkün qədər qorunmaq üçün gündəlik geyimlərinə, hava proqnozuna diqqət etsinlər, idmanla məşğul olsunlar, vitaminli qidalar qəbul etsinlər".
COVİD 19-u digər infeksiyalardan fərqləndirən 4 əlamətFizuli Hüseynov
Tanınmış həkim, "Herba Flora" şirkətinin direktoru Fizuli Hüseynov da öz tövsiyələrini bildirib: "Çalışmaq lazımdır ki, bu mövsümdə immun sistemi güclü olsun. Adətən meyvə-tərəvəzlərdən az istifadə edən insanlarda immun sistemi zəif olur. Qışa hazırlıq kimi tər meyvə və tərəvəzlərdən bolluca yemək lazımdır. Xüsusən bu mövsümdə əncir, qara üzüm, şirin alma, armud, şaftalı meyvələri bol olur ki, onlar hər zaman qida rasionumuzda olmalıdır. Payızda yaxşı qidalanmaq qışda sağlam qış keçirməyin əsasını qoyur".
Qeyd edək ki, payız mövsümü xəstəlikləri ilə koronavirusun əlamətləri bəzən eyni olur və bunu bəzən insanlar ayırd etməkdə çətinlik çəkirlər.
Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssisləri bildirirlər ki, koronovirus infeksiyasının əsas simptomları hərarət, halsızlıq və quru öskürəkdir. Bəzi xəstələrdə burun tutulması, burun axması, boğazda ağrı, səpgi və ishal da ola bilər. Bu əlamətlər nadir hallarda müşahidə olunur. Bədən hərarətinin yüksəlməsi, allergiyadan başqa zökəm, qrip və COVİD-19-da rast gəlinə bilir. Öskürək qrip və allergiyalarda, baş və boğaz ağrısı isə zökəm və  qripdə daha tez-tez müşahidə olunur.
Allergik rinit qəflətən başlamaz, əlamətləri adətən uzun müddət davam edər. Allergiyada asqırma, gözlərdə qızarma və qaşınma müşahidə edilir. Oxşar əlamətlər zökəmdə də rast gəlinir. Zökəmin ən önəmli əlaməti şiddətli burun axıntısıdır. Bu əlamət digər xəstəliklərdə rast gəlinmir. Qrip zamanı qızdırma və öskürək xəstəliyə xarakterik ən önəmli simptomlardır. COVİD-19 ilə qripin kliniki əlamətlərini bir-birindən çətinliklə ayırmaq mümkündür. Hər ikisində də kəskin şəkildə başlayan qızdırma, quru öskürək və halsızlıq qeydə alınır. Ən önəmli fərq isə təngnəfəslik və boğulmadır. Bu əlamətlərdən biri və ya hər ikisinin olması qripə deyil, COVİD-19 xəstəliyinə xasdır. Buna görə də xüsusi olaraq qeyd etmək lazımdır ki, qrip ilə ən çox qarışdırılan əlamətlərin olmasına baxmayaraq COVİD-19 qrip deyildir.
Beləliklə, koronovirus infeksiyasının qrip, zökəm və allergiya ilə müqayisəli xarakterik simptomlarını aşağıdakılar hesab edilir: Zökəm- şiddətli burun axıntısı, asqırma, gözdə qızarma, qaşıntı, baş, boğaz və oynaq ağrısı.
Allergiya - quru öskürək, asqırma, gözdə qızarma, qaşınma, səpgi. Qrip - qəfləti qızdırma, quru öskürək, baş, boğaz və oynaq ağrısı, halsızlıq.
COVİD-19 - qəfləti qızdırma, quru öskürək, halsızlıq, təngnəfəslik.
Hər bir halda xəstəliyi düzgün ayırd etmək üçün həkimə müraciət etmək lazımdır. Həkimlər bunu ya kliniki əlamətlərə görə, ya da hər hansı bir testlərin aparılması ilə təyin edə bilirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1242   Tarix: 26 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

qadın geyimi qadin dunyasi gözəllik məhsulları qadın sağlamlığı kişi sonsuzluğu cinsi münasibətlər sabir haciyev kosmetika qızlıq pərdəsi baldıza aid hakışta vətənə aid bayatılar nizami gəncəvi məsəllər