COVID-19-un ən çox rast gəlinən️ fəsadlarından biri

COVID-19-un ən çox rast gəlinən️ fəsadlarından biriYeni növ koronavirus (COVID-19) xəstəliyinin ən çox rast gəlinən fəsadlarından biri də uzun müddət davam edən quru öskürəkdir. Bəzi xəstələrin bir neçə ay əvvəl sağalmasına baxmayaraq, onlar quru öskürəkdən xilas ola bilmirlər. Öskürək sağaldıqdan sonra hətta 2 ay da davam edə bilər. Təəssüf ki, bəzi xəstələr özlərini yaxşı hiss edən kimi onlara koronavirusa yoluxduqları dövrdə təyin edilən dərmanlardan imtina edirlər. Əslində isə, dərmanlar həkimin təyin etdiyi müddətədək qəbul edilməlidir. Əks halda, belə xəstələr bir müddət sonra yaranan öskürəkdən xilas ola bilmir və ya digər qalıcı simptomlardan əziyyət çəkirlər. Quru öskürəkdən əziyyət çəkən xəstələrə məsləhət edilir ki, otaqları düzgün havalandırsınlar.
Milli.Az xəbər verir ki, bu barədə həkim Nərgiz Kərimova məlumat verib.
Həkim-mütəxəssis bildirib ki, ev şəraitində inhalyasiya aparatları vasitəsilə quru öskürəyi müalicə etmək olar: "Həkimlər öskürəyin tipinə uyğun inhalyasiya təyin edirlər. Bunun üçün təbii inhalyasiya üsullarından və müxtəlif bitkilərdən də istifadə oluna bilər. Müalicəyə gəldikdə isə, öskürəyin səbəbləri müxtəlif olduğundan hər kəsə eyni üsulla müalicə tövsiyə edilmir. Koronavirusun qalıcı simptomu hesab edilən quru öskürəklə mübarizə aparmaq üçün ev şəraitində xüsusi bitki çaylarından da istifadə etmək olar. Bunun üçün həkim təyinatı mütləqdir. Ümumiyyətlə, ev şəraitində ilk olaraq immun sistemini möhkəmləndirmək lazımdır. Öskürəkdən əziyyət çəkənlər, misal üçün, şəkər xəstəsi olmadıqları halda, südlə balı qarışdıraraq içə bilərlər. Eyni zamanda, bol meyvə-tərəvəz yemək lazımdır. Ən əsası, açıq havada olmaq, tənəffüs hərəkətləri etmək vacibdir".
N.Kərimovanın dediyinə görə, istənilən halda quru öskürəyin səbəbi müəyyən edilməlidir: "Öskürək virus, bakteriya və ya allergik mənşəli ola bilər. Ona görə də, apteklərdə satılan müxtəlif dərman preparatların quru öskürək üçün effektli olub-olmaması dəqiq deyil. Müəyyənləşdirmək üçün həkim müayinəsi vacibdir. Öskürəyin olması hər hansı xəstəliyin mövcudluğundan xəbər verir. Öskürək, həmçinin bir çox xəstəliklərin, eləcə də qripin və hətta onkoloji xəstəliklərin ilk simptomlarından ola bilər. Yəni, ciddi yanaşmaq və müayinəni gecikdirməmək lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1136   Tarix: 06 mart 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qis geyimləri 2026 aciq zedelenmeler yaralar qizilgul haqqinda melumat xolesterini azaldan qidalar qozlu toyuq salati kosmetika novruza aid hakışda vicdan novruz hakistalari hekaye janri bedii edebiyyat