COVID-19-un yayılmasını azaldan vasitələr
"The Economic Times" qəzetinin yazdığına görə, 2020-ci ilin may ayında başlayan klinik sınaqda Sinqapurdan 3000-dən çox miqrant işçi iştirak edib.
Publika.az xəbər verir ki, 6 həftəlik dövrdə karantində saxlanılan işçilərə "Povidone" boğaz spreyi və "Hidroksixlorokin" dərmanı verilib.
Klinik tədqiqatlarda iştirak edən 21-60 yaş arasındakı 337 nəfərin yarısından çoxunun 6 həftənin sonunda virusa yoluxduğu bildirilib.
Boğaz spreyi istifadə edənlərin virusa yoluxma səviyyəsi 46%, "Hidroksixlorokin" istifadə edənlərin isə 49% olduğu ortaya çıxıb.
Malyariyanın müalicəsində istifadə olunan bu dərmanların yüksək ötürücü mühitlərdə koronavirusun yayılma sürətini azaltdığı qeyd olunub. Alimlər "Povidone" spreyinin çirklənmə riskini 24%, "Hidroksixlorokin"in isə 21% azaltdığını açıqlayıb.
Araşdırmanın "Profilaktik müalicənin COVID-19-un yayılmasının azaldılmasında təsirli olduğunu göstərən ilk iş" olduğu qeyd edilib.
Mütəxəssislər bu növ profilaktik müalicənin gəmi, həbsxanalar və qaçqın düşərgələri kimi virusun yayılma riskinin yüksək olduğu yerlərdə istifadə edilə biləcəyini vurğulayıb.
Aytən Məftun









Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB
"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi