COVID-19 xəstəliyinə qarşı hazırda 155 dərman preparatı və 79 peyvənd üzərində tədqiqat aparılır

COVID-19 xəstəliyinə qarşı hazırda 155 dərman preparatı və 79 peyvənd üzərində tədqiqat aparılırHazırda dünyanın müxtəlif ölkələrində COVID-19 xəstəliyinə qarşı 155 dərman preparatı və 79 peyvənd üzərində tədqiqat aparılır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı Sağlamlıq Texnologiyalarının Qiymətləndirilməsi üzrə Avstriya İnstitutu (AIHTA) yayıb. İnstitutun əməkdaşları bütün dünya üzrə aparılan tədqiqat proseslərini qiymətləndirərək, dərman preparatları və peyvəndlər barədə maraqlı məlumatlar əldə ediblər.
İnstitutdan bildirilir ki, dərman preparatlarının əksəriyyəti hazırda digər infeksiyalara qarşı tətbiq olunurlar və onların COVID-19 xəstəliyinə qarşı da effektli olacağı yoxlanılır. Lakin peyvəndlərdən hələ heç biri sınaq mərhələsini keçə bilməyib.
Dərman preparatlarının hamısı bir və ya bir neçə antiviral təsir maddələrinə əsaslanır. Bunların içərisində Remdesivir, Lopinavir və Ritonavir (ticari adı: Kaletra), Favipirvir (Avigan), Darunavir (Prezista) və digər təsir maddələrindən geniş istifadə edilir.
Araşdırma zamanı peyvənd sınaqlarında daha çox zəiflədilmiş virus stamları (virus zülallarını daşıyan "ölü peyvəndlər") və xüsusi DNT və ya mRNA-ya malik gen əsaslı peyvənd maddələrinə üstünlük verildiyi müəyyən edilib. Eyni zamanda müəyyən edilib ki, on bir dərman preparatı və səkkiz peyvənd nümunələri kliniki tədqiqat və sınaqlarda təkmil mərhələyə çatıblar və elmi ədəbiyyatlarda onların uğur qazanacağı vəd olunur.
Qeyd edilməlidir ki, Avstriya Federal Səhiyyə Nazirliyinin sifarişi ilə hazırlanan araşdırmada əsas məqsəd hazırda dünyada COVID-19 xəstəliyinə qarşı hansı dərman və peyvəndlər üzərində tədqiqat aparıldığını öyrənmək və müvafiq zaman yetişdikdə yerli səhiyyə sistemi üçün bir neçə dərman və ya peyvənd arasından ən uyğun olanının seçimini təmin etməkdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1134   Tarix: 22 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

sac duzumleri geyim seçimi kosmetik vasiteler atalar sözləri elm haqqinda 1 yaşına qədər körpələrə qulluq yay geyimleri cavanlaşdırıcı maskalar kosmetika novruz bayramına aid hakışda xanim az novruza aid kahfe falı usaq seirleri