COVID-dən sağalanların hamısında virusa qarşı antitel yaranır?

COVID-dən sağalanların hamısında virusa qarşı antitel yaranır?İndiyə kimi Azərbaycanda 110 COVİD-19 xəstəsinə immun plazma (Convolessent plazma) köçürülüb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu hematoloq, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşı Şəhla Şabanova deyib. Onun sözlərinə görə, indiyə kimi Milli Hematologiya və Transfuziologiya Mərkəzinə COVİD infeksiyasından sağalmış 60-dan çox donor müraciət edib. Amma müvafiq kriteriyaları nəzərə alaraq 47 donordan plazma toplanlıb. Toplanan plazma 110 xəstəyə köçürülüb.
İmmun plazma müalicəsinin hər xəstədə müsbət nəticə vermədiyini deyən həkim, əksər xəstələrdə nəticənin müsbət olduğunu bildirib. Onun sözlərinə görə, plazma daha çox ağır durumda olan, dərman müalicəsindən fayda görməyən xəstələrə köçürülür.
Plazma donoru olaraq sağalan xəstələrdən 18-60 yaş arasında olanlar seçilir. COVID xəstəsi sağalandan iki həftə sonra müvafiq analizlərdən keçir və donor olaraq seçilir. Donor olaraq daha çox kişilərə üstünlük verilir. Həkimin sözlərinə görə, çünki qadınlarda hamiləlik varsa, doğuş keçirmiş olarlarsa, yenidən anticimlər yaranır və bu halda plazma toplanması o qədər də məqəsəduyğun sayılmır. Bundan başqa, plazma yanaşı xəstəliyi olmayan və mütəmadi dərman qəbul etməyən xəstələrdən toplanlır.
Sağalan xəstələrin qanında bu xəstəliklə mübarizə aparan antitellər, antiscimlər yarandığını qeyd edən hematoloq onu da bildirib ki, hər plazmada yüksək miqdarda immunoqlobilin aşkarlanmır: "Dünya alimlərinin də bildirdiyinə görə, xəstəliyi keçirənlərdə davamlı immunitet yaranmır. İmmunoqlobilıin-C testi ilə plazmanın antitellə nə qədər zəngin olub- olmadığını yoxlayırıq. Antiteli yüksək olmayan donordan plazma toplanmır. Çünki həmin plazma faydalı olmur. Antitel sayı normadan aşağı olan plazmanı köçürsək, nəticəsi olmaz".
Proqramın digər qonağı - infeksionst, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkimi, TƏBİB-in İnfeksion Xəstəliklər üzrə İşçi Qrupunun üzvü Turan İbrahimovanın sözlərinə görə, indiyə kimi dünya praktikasında daha çox ağır, süni tənəffüsə ehtiyacı olanlara immun-plazma köçürülməsi məqsədəuyğun sayılırdısa, indi bu, orta-ağır pasientlərə də tövsiyə olunur. Hesab edilir ki, bu müalicəyə nə qədər tez başlansa bir o qədər tez həyat xilas edə bilər.
Həkim onu da qeyd edib ki, xəstəliyi yüngül keçirənlərin təxminən 30 faizində virusa qarşı antitel yaranmır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1166   Tarix: 26 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik