"Çox deyirdiniz torpaq, indi gedin yaşayın" - Elton
Müğənni Elton Hüseynəliyev "Qarabağ sədası" proqramında qonaq olub.
Open.az xəbər verir ki, ifaçı efirdə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı danışıb. O, əslən Qubadlıdan olduğunu və tezliklə ora köçmək istədiyini söyləyib:
"Anasının tum sataraq böyütdüyü, Sumqayıtda şadlıq evində 5 şirvana oxuyan Eltonam. Bu gün xoşbəxtik, hamı vətənə qurbandır. Mən 1990-cı illəri görmüşəm, çörək növbəsinə dayanmağı yaşamışam.
İndi dövlətim gətirib məni gözəl kürsüdə otuzdurub. Bəzən deyirlər, Qərbi Azərbaycanlısan. Yox, Qubadlıdanam. Allahın izni ilə ora qayıdacam.
Orada müəllim işləyib, bu istedadı gənclərə öyrədəcəm, tələbələr yetişdirəcəm. Özümlə qəbirə aparmayacam ki…
Hamımız oralara getməyə borcluyuq. Zamiq Hüseynov, Manaf Ağayev də Füzuliyə getsin, budur meydan. Çox deyirdiniz torpaq, indi gedin". (baku.ws)









Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür