Çox içənlərin nəzərinə - Hansı dozada alkoqol infarkt edir?

Çox içənlərin nəzərinə - Hansı dozada alkoqol infarkt edir?Alimlər az miqdarda içkinin orqanizmə müsbət təsiri, damarları təmizləməsi barədə inanclara aydınlıq gətirib.
Hansı dozada alkoqol orqanizm üçün ölümcül zərərlidir?
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, hələ 1990-cı ildə alimlər sağlamlıq üçün yol verilən təhlükəsiz doza ilə bağlı araşdırma ediblər.
Bir çox elmi tədqiqatlar sübut edir ki, az miqdarda qırmızı şərab, çaxır ürəyin koronar damar xəstəliklərinin yaranmasının qarşısını alır.
2006-cı ildə italiyalı alimlər 35 elmi araşdırmanın nəticələrinin yekunu olaraq alkoqolun qram dozalarla sağlamlığa təsirini
qiymətləndiriblər.
Bir doza 10 qram etanol miqdarı hesab olunur.
Qrafikə əsasən, müəyyən dozada spirtli içki həm kişi, həm də qadınlarda ölüm riski daşıyır.
Kritik həddə alkoqol miqdarı qadınlar üçün sutkada 1-2 doza, kişilər üçün 3-5 dozadır.
ABŞ, Kanada alimləri tərəfindən 84 elmi araşdırmanın təhlili göstərib ki, sutkada 2,5 qram spirt qəbulu ürək-damar xəstəlikləri riskini 15-20%, insult riskini isə 25-35% azaldır.
Alkoqol, əslində, müdafiə təsirinə malikdir, bir şərtlə ki, təhlükəli həddi aşmasın.
Alimlər kişilərə həftədə 190 qram, qadınlara isə 98 qram pivə və ya şərab tövsiyə edir.
Lakin bir çox ölkələrdə bu miqdar təhlükəlidir və onun yarısı ziyansız hesab edilir.
Nəhayət, 2018-ci ildə The Lancet dərgisində çıxan yeni elmi araşdırma ilə 19 ölkənin sakinləri arasında aparılan tədqiqatın nəticələri ayrı rəqəmləri ortaya çıxarıb.
Həftəlik 196 qram içki qəbul edən 40 yaşdan yuxarı kişilər digərlərindən 2-3 il az ömür yaşayıblar.
Ən pis proqnozlar isə pivə sevənlərdə idi. Bu içkidə təhlükəsiz hədd yoxdur və pivə daha çox ürək infarktına səbəb olur.
18 min insanı əhatə edən ən son elmi araşdırmada isə həftədə 50-150 qram içkinin ürək-damar xəstəlikləri riskini azaltdığı məlum olub.
Həftədə bu qədər dozadan artıq alkoqol qəbulu sağlamlıq üçün zərərlidir və erkən ölüm riskini artırır.
Spirtli içkinin genetik populyasiyada xərçəng yaratdığını isə Çin alimləri sübut edib.
Bir çox ölkələrin əhalisində genetik olaraq spirtli içkiyə qarşı dözümsüzlük var və içki bu insanlarda qida borusu, mədə xərçəngi yaradır.
İnsanın genetik mutasiyasında etanolun parçalanması pozulubsa, bu insana spirtli içki qəti qadağandır. Genetik uyğunsuzluğu isə çox insan bilmir, bunu yalnız bahalı genetik analizlərlə təyin etmək olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1233   Tarix: 11 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

toy makiyaji sekilleri sade makiyaj sekilleri hamilelikde qidalanma vətənə aid atalar sözü gozalti qaralar ucun maskalar 2026 ci ilin debi arıqlamaq kosmetika azərbaycan hüzeyir hacibəyov kurtlar vadisi laylalar vətənə aid atalar sözləri