"Çox imkanlı insanlar mənimlə ailə qurmaq istəyirdi" - Elnarə
Müğənni Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirovdan bəhs edib.
Open.az xəbər verir ki, "Ən yaxşısı" verilişinə qonaq olan sənətçi tanış olduqları vaxtlardan danışıb:
"Nikah riskdir. Hətta onu bəzən qarpızla eyniləşdirirlər: bilinmir, içi ağ, yoxsa qırmızı çıxacaq. Eləcə də mən ailə quranda riskə getdim. Təbii ki, mənim də həmin vaxt 26 yaşım var idi. Laçın vaxtlarım idi, hər yerdən mənimlə ailə qurmaq istəyən var idi. Bilmirdim kimi seçim. Onların arasında çox imkanlısı da, hər təbəqədən olanı da var idi. Rövşəni ən xeyirlisi hesab etdim.
Hazırda bu cəmiyyətdə sağlam böyütdüyüm övladlarım var. Onlar mənim ən böyük var dövlətim, daş-qaşım, villamdır. Üç əsgər böyüdürəm evdə. Mən də, yoldaşım da hərbiçidir. Övladlarımız da o ruhda böyüyür".
Sosial şəbəkədən bəhs edən ifaçı onlardan çox istifadə etmədiyini açıqlayıb:
"İnstaqram yeni açılanda həvəsim var idi. İndi isə nə vaxtım var, nə də hövsələm... Hətta sosial şəbəkədəki profillərimi bir şirkətə həvalə etmişəm. Heç bir profilimin parolunu bilmirəm".









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
Kərimin səhhətində problem yarandı