Çox sağlam həyat tərzi təhlükəli imiş
"Çox sağlam həyat tərzi təhlükəlidir. İnsanlar "qızıl orta"ya riayət etməlidir".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov deyib.
O, fanatik şəkildə sağlamlıq dalınca düşməyin zərərli olduğu barədə xəbərdarlıq edib və buna görə anoreksiya, yaxud bulimiyaya məruz qalan xəstələri dəfələrlə müalicə etdiyini vurğulayıb.
"Sağlam qidalanma axtarışında bəzən insan o qədər fanatikləşir ki, qidalanmanın bütün prinsiplərini pozmağa başlayır. O fikirləşir ki, kalori nə qədər azdırsa, məhsul o qədər faydalıdır. Bununla da, təbiətdə ən vacib şeyin balans olduğunu unudur", - deyə, həkim izah edib.
O, insanları qida, idman, pəhriz, bioloji aktiv əlavələrdə və bağırsağın "təmizlənməsində" məqbul moderativliyə riayət etməyə çağırıb.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir