Çoxlu su için: koronadan qoruyur - Professor
Sosial şəbəkələrdə yaponiyalı alimlərin apardığı araşdırma ilə bağlı video-süjet yayılıb. Bildirilir ki, alimlər koronavirusa yoluxmamaq üçün hər 15 dəqiqədən bir bir neçə qurtum su içməyi məsləhət görürlər. Bu yolla nəfəs yoluna daxil olan virus qida borusundan mədəyə yönləndirilir və mədədə məhv olur. Əks təqdirdə isə virusun nəfəs borusundan ağciyərlərə daxil olması və bu orqanı zədələməsi ehtimalı artır.
Milli.Az bildirir ki, yayılan bu məlumatla bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, ağız və boğazın nəmli olması virusun məhv olmasına səbəb ola bilər.
"Viruslar ilkin olaraq nəfəs yollarından bədənə daxil olurlar. Nəfəs yoluna daxil olan virus replikasıya olaraq, yəni öz sürətini yaradaraq hüceyrə xaricinə çıxır. Onlar bu cür artıb, çoxalırlar. Hüceyrədə artıb bayıra çıxan virusları nəmli boğaz mədəyə yuyub aparır. Əks halda həmin viruslar nəfəs yollarından bəlğəm vasitəsi ilə aşağı tənəffüs yollarına irəliyə bilərlər. Ona görə də boğazın nəmli olması şərtdir. Hər dəfə su içdikdə xaricə çıxan virusları su yuyub mədəyə aparır. Mədə şirəsinin təsirindən isə viruslar məhv olur. Bu baxımdan yayılan məlumat həqiqəti əks etdirir", - həkim qeyd edib.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?
Teylor Sviftin toy tarixi bəlli oldu
Muhteşem Yüzyıl' bu il 800 min lirə qazanacaq
Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir