Çoxuşaqlı ailələrə uşaqların sayına görə bu məbləğdə pul veriləcək

Çoxuşaqlı ailələrə uşaqların sayına görə bu məbləğdə pul veriləcəkAilələrə uşaqların sayına görə müavinət verilməsi təklif edilir

Parlamentə göndərilən yeni qanun layihəsində çoxuşaqlı ailələrlə bağlı maraqlı təkliflər yer alıb. Rusiya Dövlət Dumasına analıq kapitalı (hamiləliyə və doğuma görə verilən müavinət) ilə birlikdə ailələrin dəstəklənməsi üçün daha çevik sistemin yaradılması təklif edilib.

Belə bir təşəbbüslə Dumanın Əmək, sosial siyasət və veteranların işləri üzrə Komitəsinin üzvü Sergey Vostretsov və Milli Valideyn Komitəsinin sədri İrina Volınets çıxış edib. Layihə müəlliflərinin fikrincə, analıq kapitalı sistemi özünü doğrultmayıb. Bununla birlikdə, doğma və övladlığa götürülmüş uşaqların həddi-buluğa çatmasına qədər təminatı üçün aylıq müavinətlərin verilməsi təklif edilir: 1 uşaq üçün 3 min, 2 uşaq üçün 8 min, 3 uşaq üçün 15 min rubl (təqribən 445 manat). "Analıq kapitalı kimi psevdodəstək tədbirləri aradan qaldırılmalı, insanlara konkret pul təklif olunmalıdır. Çünki dövlət əhali artımında maraqlıdır. Uşaqların dəstəklənməsi üçün konkret maddi yardım – müavinət lazımdır" – deyə deputat Vostretsov bildirib.

İrina Volınets isə qeyd edib ki, müavinətlər 3 və 3-dən artıq uşağı olan ailələr üçün nəzərdə tutulub. Beş və beşdən artıq uşağı olan ailələr üçün layihə müəllifləri bütün infrastrukturu olan və müvafiq kommunikasiya sisteminə qoşulmuş torpaq sahəsi verməyi təklif edir. Yeddi və daha artıq uşaqları olan ailələrə isə qanun layihəsində həm də əlavə olaraq "Qazel" avtomobilinin verilməsi nəzərdə tutulur.

Layihədə dövlət dəstəyi proqramının icrası üzərində nəzarətin qubernatorlara həvalə olunması nəzərdə tutulub. Sözügedən qanun layihəsi martın 23-də Dövlət Dumasında keçiriləcək dəyirmi masada müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Konstitusiya qanunvericiliyi üzrə Federasiya Şurası Komitəsinin sədr müavini Yelena Mizulina analıq kapitalının müavinətlər və avtomobillə əvəz edilməsinin əleyhinə çıxış edib. Onun fikrincə, analıq kapitalı proqramı özünü tamamilə doğruldub. Yeni təşəbbüslər isə hökumətin sosial sahədə əldə etdiyi bütün nailiyyətləri inkar edir. Həmçinin bu cür təşəbbüslərlə çıxış edərkən, Rusiya ailələrinin əsas tələbatını öyrənmək lazımdır.

istipress

Xəbərlər     Baxılıb: 4203   Tarix: 13 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

qadin sayti geyim və ayaqqabılar reseptler uşaq psixologiyası yuxusuzluq prezervativ xına bəzəkləri kosmetika baliq yumurta vetene aid bayatilar rəksanə atalar sözü