Çuğundurun UNİKAL xüsusiyyətlər. Yeyin ki, sağlam olasınız

Çuğundurun UNİKAL xüsusiyyətlər. Yeyin ki, sağlam olasınızBəzi bölgələrdə zılx, pazı adı ilə tanınan çuğundurun ölkəmizdə dörd növü becərilir.
Onun yarpaqları heyvandarlıqda qiymətli yem kimi istifadə olunur. Kökləri açıq ocağın üstündə bişirilərək yeyilir. Ağ rəngli kök yumrusu olan çuğundur isə şəkər istehsalında əsas xammal rolu oynayır. Bir çox ölkələrin kulinariyasında çuğundurun kökmeyvələri və yarpaqlarından borş, salat, desert, şoraba və marinadların hazırlanmasında istifadə edilir.
Azertag.az bildirir ki, bizim eradan əvvəl II- I minillikdə Aralıq dənizi sahillərində çuğunduru həm tərəvəz, həm də müalicəvi bitki kimi əkib-becərmişlər. İkiillik bitki olan çuğundurun mədəni və yabanı sortları var. Çuğundurun kökmeyvəsinin tərkibində olan maqnezium yüksək qan təzyiqini azaltmaq, şiş hüceyrələrinin inkişafının qarşısını almaq kimi mühüm funksiyaları yerinə yetirir. Maqneziumla yanaşı tərkibindəki yüksək miqdarda yod sayəsində ateroskleroz və qalxanvarı vəz xəstəliklərinin müalicə və profilaktikasında tətbiq edilir. Çuğundur təbii liflərlə zəngin olduğuna görə bağırsaqlarda yığılan ziyanlı maddələrdən təmizləyir. Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün münasibdir. Ona bir qədər də xardal və sirkə əlavə etmək daha faydalı təsir göstərir.
Çuğundur və onun yarpağının suyu bəlğəmgətirici xüsusiyyətə malikdir. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızıl yel xəstəliyi üçün, xam yarpağının təpitmə şəklində qoyulması tük tökülməsinə və oynaq ağrılarına qarşı faydalıdır.
Kök şirəsi ilə çuğundur şirəsini qatmaqla "sağlamlıq eliksiri" hazırlanır. Onun tərkibinə kərəviz, alma və xiyar şirəsi əlavə edilib qəbul olunması orqanizmin sağlamlıq vəziyyətini yüksəldir. Xalq təbabətində çuğundur şirəsini balla qarışdırıb vərəm və qanazlığında istifadə edirlər. Tərkibinin zənginliyinə baxmayaraq çuğundur azkalorili tərəvəzlərə aiddir. Həmin xüsusiyyətlərinə görə arıqlamaq üçün tətbiq edilən pəhrizlərdə geniş istifadə edilir.
Çuğundur yarpağının bişirilərək sarımsaqlı qatıqla yeyilməsi mədə-bağırsaq xəstəliklərinə, dalaq şişməsinə, ağrıların tənzimlənməsinə yaxşı təsir göstərir. Yarpağının təpitməsi çiban, sızanaq, yanıq, oynaq ağırları və revmatizm xəstəliyində müalicəvi təsirə malikdir. Həm unikal tərkibə malik olması, həm də tərkibindəki elementlərin kulinar işlənmə zamanı temperaturun təsirindən faydalı xüsusiyyətlərini itirməməsi çuğunduru əvəzedilməz tərəvəzə çevirir və bişmiş halda da öz müalicəvi keyfiyyətini itirmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1339   Tarix: 08 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 geyim necə seçməli dirnaq maskalari analiq məktəbi sifahi xalq edebiyyati qis salatlarinin hazirlanmasi kosmetika haxışda gözəllik vətənə aid bayatı veten haqqinda atalar sozu hamilelik